Yuxarı

İrəvan “dəhliz” ifadəsindən buna görə qaçır - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan “dəhliz” ifadəsindən buna görə qaçır - Ekspert

Zəngəzur dəhlizinin və yeni kommunikasiyalarının açılması demək olar ki, artıq razılaşdırılıb.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli Ermənistan rəsmilərinin “dəhliz” ifadəsindən qətiyyətlə qaçması, ancaq sovet dövründəki kommunikasiyaların bərpasına razı olduqları haqda açıqlamalarını şərh edərkən deyib.

“Məlum məsələdir ki, hər bir ölkə daha çox öz maraqları çərçivəsində bunun həyata keçirilməsinə çalışır. Rusiyanın, Azərbaycan və Türkiyənin maraqları açıq-aydın şəkildə görünür, çünki bizim üçün çox böyük bir layihədir. Bu layihə ilə bağlı Ermənistanın ambisiyaları, Gürcüstanın isə müəyyən sualları var. Regionda olan ölkələr hərəsi öz marağı çərçivəsində bu layihənin reallaşdırılacağını düşünür və buna çalışır. Onu demək istəyirəm ki, bu dəhliz üçün Ermənistan müəyyən güzəştlər əldə etməyə çalışır və hazırkı bəyanatların da hədəfi budur”, - N.Cəfərli bildirib.

Ekspert qeyd edib ki, necə adlanmasından asılı olmayaraq, bu nəqliyyat marşrutunun açılması sadəcə zaman məsələsidir:

“İnanıram ki, yaxın zamanlarda bu dəhlizin açılması ilə bağlı daha hiss edilə biləcək addımları müşahidə edəcəyik”.

Tarix
2021.10.28 / 16:23
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

İlham Əliyev Gideon Saarı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla