Yuxarı

DB ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
DB ADY ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır

AZCON Holding şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Dünya Bankının (DB) Avropa və Mərkəzi Asiya regionu üzrə infrastruktur direktoru Çarlz Kormyenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, görüşdə ADY ilə DB arasında əməkdaşlığın mövcud vəziyyəti, münasibətlərin genişləndirilməsinin əhəmiyyəti müzakirə olunub, Dünya Bankının Bakı Beynəlxalq Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı, həyata keçirilən işlərə texniki dəstəyi və investisiya ayrılması imkanları barədə fikir mübadiləsi aparılıb.

ADY sədri bildirib ki, son dövrdə Orta Dəhlizlə xüsusilə konteyner daşımaları artıb, 2025-ci ildə Çin-Azərbaycan istiqamətində yükdaşımalar üzrə müsbət dinamika qeydə alınıb. Ötən il 392 blok-qatar qəbul edilib ki, bu da 2024-cü ilin göstəricisi ilə müqayisədə 37 faiz çoxdur. Bu nəticələrin əldə olunmasına ADY-nin həyata keçirdiyi işlər, o cümlədən Çinin “Çayna Relvey Konteyner Transport Korp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı məqsədilə yaradılmış “Midl Koridor Multimodal Ltd” birgə müəssisəsinə cəlb edilməsi müsbət təsir göstərib.

Həmçinin bildirilib ki, ötən il beynəlxalq daşımaların səmərəliliyinin artırılmasında Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası mühüm rol oynayıb. 2025-ci ildə Bakı Limanında rekord həcmdə - 107 min TEU-dan çox konteyner yükü aşırılıb ki, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.

Dünya Bankının regional direktoru Çarlz Kormye DB-nin ADY ilə əməkdaşlığın dərinləşdirilməsinə maraq göstərdiyini vurğulayıb, ADY tərəfindən Orta Dəhlizin inkişafı üzrə görülən işlərin gələcək tərəfdaşlıq baxımından yeni imkanlar açdığını qeyd edib.

Tarix
2026.01.26 / 14:32
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

Bakı qlobal qərarverici rolunda: beynəlxalq təşkilatlarda qələbələr

Leyenin Azərbaycana səfəri başa çatdı

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla