Yuxarı

Əliyev-Xalq-Ordu birliyinin misilsiz nəticəsi - Ərol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev-Xalq-Ordu birliyinin misilsiz nəticəsi - Ərol

10 noyabr bəyannaməsi İkinci Qarabağ müharibəsinin nəticələrinin diplomatiya masasında öz əksini tapmasıdır. Yəni müharibə ilə öz gücünü göstərən və regional aktor olan Azərbaycanın haqlı istəkləri daha çox diqqətə alınmağa başlayıb.

Bu sözləri Axar.az-a açıqlamasında Ankara Böhran və Siyasi Araşdırmalar Mərkəzinin (ANKASAM) sədri, professor Məhməd Seyfəddin Ərol 10 noyabr üçtərəfli bəyanatının bir ilinin tamam olması ilə bağlı deyib. Onun sözlərinə görə, 10 noyabr bəyanatının imzalanması bir neçə aspektdən tarixi əhəmiyyət daşıyır:

“Birincisi, Azərbaycan öz ərazi bütövlüyü uğrunda haqlı müharibəyə başladıqdan sonra ölkələrin ərazi bütövlüyünə, onların suverenliyinə və dövlət quruluşlarına qarşılıqlı hörmətin beynəlxalq təhlükəsizlik baxımından önəmi bir daha ortaya çıxdı. İkincisi, bəyannaməni imzalamağa məcbur olan rəsmi İrəvan bölgədə yeni bir əməkdaşlıq formatına ehtiyacın yarandığını qəbul etməli oldu. Beləcə Türkiyə və Azərbaycanın təklif etdiyi “3+3” əməkdaşlıq formatının reallaşdırılması üçün bölgədə tarixi bir fürsət yaranmış oldu. Üçüncüsü, Qarabağ müharibəsi zamanı Türkiyə, türk dünyası və Türk Şurası Azərbaycanın haqlı mövqeyinin müdafiəsi üçün çox böyük qətiyyət və həmrəylik nümayiş etdirdi. Azərbaycanın qazandığı şanlı qələbə ilə Türk Şurasını və bütün türk dünyasını əhatə edən daha geniş geosiyasi müstəvidə gələcək birgə fəaliyyət baxımından ilkin nəticələr meydana gəldi. Bütün bəhs etdiyimiz müsbət nəticələr isə 44 gün ərzində Azərbaycan xalqının və Azərbaycan Şanlı Ordunun, həm də Ali Baş Komandan İlham Əliyevin dünyada bənzəri çox az görülən formada vahid bir orqanizm kimi hərəkət etməsi ilə ortaya çıxdı”.

Tarix
2021.11.10 / 14:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

Azərbaycanın Gürcüstana münasibəti... - Kavelaşvili

MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili

Rubio Lavrovu pərt elədi - Son ümid puç oldu

Azərbaycan və Rusiya iqlim dəyişikliyini müzakirə etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla