Yuxarı

AB İrəvana “mənəvi dəstək” verdi: yeni oyundur - Fenenko

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB İrəvana “mənəvi dəstək” verdi: yeni oyundur - Fenenko

Sizcə, Paşinyan niyə əvvəlki müdafiə nazirinin yerinə sorosçu Suren Papikyanı təyin etdi? Çünki bu qərar Ermənistan ordusunda Rusiya ilə qarşılıqlı fəaliyyətə yönəlmiş qruplaşmanın hələ də çox güclü olmasından ehtiyatlanan NATO ölkələri üçün lazım idi.

Axar.az xəbər verir ki, bu fikirlərlə Rusiya Şurasının beynəlxalq məsələlər üzrə eksperti Aleksey Fenenko bölüşüb.

“Vəziyyətin gərginləşməsi bütün dünyaya bəyan etmək üçün növbəti bəhanədir ki, Rusiya müttəfiqi olan Ermənistanı müdafiə etmək istəmir.

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıq şəkildə bildirdi ki, Moskva və KTMT Ermənistana kömək etməsə, onlar başqa beynəlxalq təşkilatlardan dəstək istəyəcək. Yəni Ermənistan hakimiyyəti xırda şantajla hərəkət edir.

Yeri gəlmişkən, Avropa İttifaqı artıq Azərbaycan tərəfindən "təcavüz" edildiyini bəyan edib və bununla da Ermənistana mənəvi dəstək verib.

KTMT isə ənənəvi olaraq Ermənistana dəstək vermədi, çünki regiondakı gərginlik Ermənistandan başqa heç bir ölkəyə lazım deyil. Bundan başqa, Paşinyanın KTMT-yə qarşı nə dərəcədə düşmənçilik dolu siyasət apardığını gördük. Bunların fonunda biz İrəvanda mütəmadi olaraq keçirilən antirusiya mitinqlərini də görürük. Ölkə daxilində antirusiya elektoratı artır”, - o bildirib.

Ekspertin sözlərinə görə, Paşinyanın üçün hazırda əsas məqsəd Rusiyanın Ermənistana pis münasibət bəslədiyini göstərmək və eyni zamanda Qərbdən olan qrant strukturlarının fəaliyyətinə imkan yaratmaqdır.

Tarix
2021.11.19 / 09:00
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla