Yuxarı

Əl Qaidənin azərbaycanlı komandirindən şok açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əl Qaidənin azərbaycanlı komandirindən şok açıqlama

"Bakıda doğulmuşam. Adım Mahmuddur, 30 yaşım var. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Tələbəlik illərindən islam dünyasında baş verən zülmləri təqib etmişəm. 2009-cu ildə bu zülmə qarşı mübarizədə töhfəm olsun deyə Əfqanıstana getdim".

Axar.az xəbər verir ki, bu sözləri Suriyada Əsəd rejiminə qarşı döyüşən Əl Qaidənin azərbaycanlı komandiri Mahmud Azəri müsahibəsində deyib.

O, "Furkan Azəri" ləqəbli azərbaycanlı jurnalistə geniş intervyüsunda Əfqanıstandan sonra üç ildir Suriyada olduğunu söyləyib:

"Əfqanıstan torpaqları bizə çox şey öyrətdi. Sanki bir məktəb oldu. Daha sonra Əsəd rejiminin illərdir müsəlmanlara etdiyi zülmə qarşı dirənişə başladıq. 2013-cü ildən buradayam. Ancaq Suriyada İŞİD fitnəsi ortaya çıxdı və bu, bizi çox məyus etdi.

Müsəlmanların qruplara bölünməsindən çox üzüldük. Zaman keçdikcə İŞİD-in iç üzü açılmağa başladı və müsəlmanlara verdikləri ziyanlar bəlli oldu. Biz ilk gündən onlardan uzaq olduq. Allah onların bəsirət gözlərini açsın ki, ağı qaradan ayıra bilsinlər".

Mahmud Azəri media imkanlarının zəif olmasından gileylənib: "Ona görə də buradakı vəziyyəti Qafqaza çatdıra bilmirik. Ancaq İŞİD gəncləri öz tərəfinə çəkmək üçün təbliğat kampaniyası qura bilib.

Çox təssüf ki, xeyli sayda azərbaycanlı da İŞİD-ə qoşulub. Ancaq təkfirçiliyə getməyən yüzlərlə azərbaycanlının olduğunu da söyləmək lazımdır. Cəhalət olduğu üçün azərbaycanlılar onların tələsinə düşür.

Əl-Qaidə döyüşçüsü son real vəziyyəti təsvir edib: "Əslində, Suriyada Əsəd deyə bir qüvvə yoxdur. Meydanda İran-Hizbullah-Əsəd ittifaqı var. İran geri çəkilsə, Əsəd bir ay dözə bilməz".

O əlavə edib ki, insanların pul qarşılığında İraq və Suriyaya gəldiyini deyənlərə gülür: "Görürsünüz ki, indi də başımızın üzərində təyyarələr uçur. Hər an ölə bilərik. Pul üçün çox şey etmək olar, amma ölümə getməzlər".

M.Azəri savaşı Azərbaycana keçirməklə bağlı qətiyyən düşünmədiklərini söyləyib: "Bizim Azərbaycan xalqı ilə bağlı planımız odur ki, islamı onlara çatdıraq, ibadətə çağıraq. Qətiyyən ölkəmizdə savaşmaq planımız yoxdur. Dünyada və xüsusilə Azərbaycandakı müsəlmanlara sözüm budur ki, bizim üçün dua etsinlər, bizə edilən zülmləri görsünlər, yardım etsinlər".

Tarix
2015.08.04 / 15:43
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

Ona vaxtından əvvəl polkovnik-leytenant rütbəsi verildi

Ramiz Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır

İranın zərbə endirəcəyi ölkələrin siyahısı yayıldı

Kəmaləddin Heydərov polkovniki işdən azad etdi

Sinirlioğlunun BMT baş katibi vəzifəsinə namizədliyi... - XİN

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla