Yuxarı

Politoloq: “Keçmiş nazir kimi hoqqabazlar”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Politoloq: “Keçmiş nazir kimi hoqqabazlar”

"Bu gün Azərbaycanda bir çox Ostap Bender sayağı hoqqabazlar avrasiyaçılıq kampaniyasına bürünüblər".

Bu sözləri Axar.az-a açıqlamasında Avrasiya İqtisadi Əməkdaşlıq İnstitutunun Ekspertlər Şurasının üzvü, Slavyan–Türk birliyi hərəkatının lideri Adıgözəl Məmmədov keçmiş milli təhlükəsizlik naziri Nəriman İmanov və Rusiyanın sabiq ədliyyə işçisi İlqar Qasımovun "Avrasiya hərəkatı" yaratması barədə məlumatı şərh edərkən söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda hələ də avrasiyaçılıq məhfumu tam qavranılmayıb:

"Mən bunları iki qrupa bölürəm. Birinci qrupa hansısa bir geopolitik gücə bağlılığı illuziyasını yaradan avanturistlər və bu yanlış illuziyanın eyforiyasını yaşayan xəyanətkarlar, ikinci qrupa isə özünün merkantil (maddi maraqlar) maraqları arxasınca qaçan dələduzlar daxildir. Çünki bu insanlar mahiyyəti başa düşmədən, yalnız yuxarıda dediyim siniflənmə xüsusiyyətlərinə uyğun olaraq gündəmə gəlmək üçün bu gün avrasiyaçı olublar. Ümumiyyətlə, Azərbaycanda avrasiyaçılıq məhfumunun ictimai fikirdə tam qavranılması hələ ki, baş verməyib. Bu gün çox təəssüf ki, bir çoxları siyasi konyuktura ilə müəyyən mənada baş verən proseslərə şərh verirlər və bununla da bu cür Ostap Benderləri gündəmdə saxlayırlar. İlqar Qasımovun avrasiyaçılığını da bu cür görürəm. Bütün bunlarla yanaşı, o da bir həqiqətdir ki, bu gün biz məhz milli maraqlarımızı əks etdirə biləcək və coğrafi reallıqlarımızı nəzərə alaraq və xüsusən slavyan-türk geopolitik konstruksiyası əsasında ola biləcək avrasiyaçalığa nəzər yetirməliyik. Aydındır ki, çağdaş dünyadakı maraqlar olduqca ziddiyyətlidir. Tarix boyu həmişə belə olub".

Məmmədov artıq Azərbaycanın bölgədə geosiyasi gücə çevrildiyini bildirib:

"Bütün bunları Azərbaycanı sevməyən ölkələr anlayır. Ona görə də hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ayrı-ayrı dövlətlərin simasında özünü göstərməkdədir. Müəyyən dairələr bölgədəki geosiyasi vəziyyəti öz xeyirlərinə dəyişməyi çox arzu edirlər. Əlbəttə, Azərbaycan rəhbərliyi bunu başa düşür. Lakin düşünürəm ki, bizim dost ölkələrlə tərəfdaşlığımız bu cür niyyətlərin neytrallaşdırılmasına gətirib çıxaracaq. Xüsusən düşmənlərimizlə mübarizədə bizim slavyan-türk geopolitik konstruksiyası konsepiyamız bir çox əngəlləri aradan qaldırmaq üçün əlimizdə güclü bir ideoloji silaha çevrilə bilər. Biz "Azərbaycan torpaqlarının işğalı nə vaxt başa çatarsa, o zaman regionda yenidən sülh bərqərar ola bilər" kombinasiyasını qura bilərik".

Qeyd edək ki, bir müddət öncə mətbuatda keçmiş milli təhlükəsizlik naziri Nəriman İmanov və Rusiyanın sabiq ədliyyə işçisi İlqar Qasımovun "Avrasiya hərəkatı" yaratması barədə məlumat yayılmışdı. Məlumatda yeni yaradılacaq təşkilatın hədəfinin Putinin Avrasiya İttifaqı təşkilatı ideyalarının təbliğatı olacağı deyilmişdi.

Tarix
2015.08.06 / 09:36
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla