Yuxarı

“Bayraqdar” Qarabağda daha nələri vurub? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bayraqdar TB2” döyüş pilotsuz təyyarələri ötən il Qarabağda 44 günlük müharibə zamanı rəsmən Ermənistan ordusunun silahlanmasında yer almayan və bu ölkəyə satılmayan ən müasir Rusiya radioelektron mübarizə komplekslərini də məhv edib.

Axar.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə məlumat hələ sentyabr ayında, 44 günlük müharibənin başlamasının ildönümündə “oryxspioenkop.com” adlı saytda yer alıb. Türkiyə və Rusiya qaynaqları isə ona indi diqqət yetiriblər.

Həmin saytda bildirilir ki, Qarabağdakı müharibədən sonra bir sıra müşahidəçilər “Bayraqdar TB2” zərbə pilotsuz aparatlarının qeyri-adi effektivliyini erməni silahlı qüvvələrinin sərəncamında onları vurmaq üçün yetərli sistemlərin olmaması ilə izah etməyə çalışırdılar.

Lakin Suriya, Liviya və daha sonra Qarabağdakı müharibə S-300 PS, Buk-M2, Tor-M2, Pantsir-S1 kimi qabaqcıl hava hücumundan müdafiə komplekslərinin Avtobaza-M, Repellent-1, Borisoqlebsk-2, Qroza-S, Piramida-1 kimi müasir radioelektron mübarizə sistemləri ilə birgə istifadə edilməsi zamanı da “Bayraqdar”lar qarşısında aciz qaldığını göstərib.

Nəticədə “Bayraqdar”ların qabaqcıl hava hücumundan müdafiə sistemlərini məhv etməsi təkcə PUA-ların operatorlarını deyil, bu sistemləri istehsal edən Rusiya şirkətlərini də şoka salmalıdır. Fakt budur ki, nisbətən yüngül və baha olmayan PUA belə sistemlərdən nəinki yayına bilir, üstəlik onları axtarıb tapır və məhv edir. Bu da yeni nəsil müharibə deməkdir.

Qeyd edək ki, “Bayraqdar”ların Qarabağda Ermənistan ordusuna məxsus Repellent-1 (həmin qurğuların döyüş əməliyyatları ərəfəsində Qarabağa gətirildiyi bildirilirdi) radioelektron mübarizə komplekslərini məhv etdiyi bəlli idi. Lakin Avtobaza-M, Qroza-6, (bu kompleksi Belarus istehsal edir) Borisoqlebsk-2 və Piramida-1 radioelektron mübarizə sistemlərini də zərərsizləşdirdiyi haqda ilk dəfə danışılır. Hansı ki, Avtobaza-M istisna olmaqla həmin sistemlərin Ermənistana rəsmən satışı barədə heç nə məlum deyildi.

Tarix
2021.12.06 / 16:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla