Yuxarı

Bakı İrəvanın yeganə ümidini əlindən aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı İrəvanın yeganə ümidini əlindən aldı

İran, Azərbaycan və Gürcüstan Fars körfəzi-Qara dəniz marşrutu üzərində razılaşdı: beləliklə, Azərbaycan Fars körfəzi (Ərəbistan dənizi və Hind okeanı) ilə Qara dəniz arasındakı daşımalarda əsas tranzit olacaq.

Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsinin Qərb marşrutunun (Qafqaz-Fars körfəzi) genişləndirilmiş (Fars körfəzi-Qara dəniz) forması olan bu layihənin icrası üçün vaxtilə Tehrandan Bakıya təkliflər edilirdi, lakin xüsusilə İranın Türkiyə marşrutuna alternativin yaradılması planı Azərbaycanın tərəddüdlərinə səbəb olurdu. İndi situasiya dəyişib: II Qarabağ müharibəsindən sonra Türkiyənin əsas təşəbbüskarı olduğu 3+3 formatı İranı da öz daxilində görür və Ankaranın özü də Hind okeanına çıxış üçün bu dəhlizdən istifadə edə bilər.

İran bu dəhlizlə Avropa bazarına çıxış imkanını şaxələndirməyi düşünür, hərçənd, razılaşmanın hər üç tərəfi sanksiyaların dəhlizin potensial daşımalarına problem yarada biləcəyi perspektivini də anlayırlar. Bu baxımdan, Tehranın bu dəhliz üzərindən əldə etmək istədiyi iki qazanc var:

Birincisi, müharibədən sonra Cənubi Qafqazda oyundan kənarda qalmayacaq;

İkincisi, “bir kəmər, bir yol” layihəsinin İran üzərindən keçən Cənub dəhlizinin potensialını artırır.

Gürcüstan da anlayır ki, İrana qarşı sanksiyalar dəhliz üzərindən Avropa bazarına çıxışın perspektivini azaldır, lakin Tiflisin bu layihədə qazancı Şərqə doğru ticarət yollarını genişləndirməkdir.

Razılaşmada əsas qazanan tərəf Azərbaycandır:

- “Bir kəmər, bir yol” layihəsində Cənub dəhlizinin Azərbaycan üzərindən keçən Orta dəhlizinə birləşdirilməsi siyasi və logistik olaraq həll olunur: Bakı Avrasiyanın nəqliyyat şəbəkələrində payını daha da artıracaq;

- İran Fars körfəzi-Qara dəniz marşrutunu Ermənistan üzərindən keçirməklə Zəngəzur dəhlizinə alternativ yaratma planından imtina etməli oldu: bu, Tehranın 3+3 formatına doğru gəlməsini daha da yaxınlaşdırır;

- Və ən əsası Ermənistanın yeganə alternativi əlindən alındı: İrəvanın iştirak etmək istədiyi bütün regional layihələr Bakının əlindədir.

Tarix
2021.12.10 / 08:30
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla