Yuxarı

Səfər Mehdiyev hansı deputatları nəzərdə tutub? – Adlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mediaya son geniş müsahibəsində bəzi deputatları sərt tənqid edib.

Axar.az xəbər verir ki, bəzi media qurumları və sosial şəbəkələrdə ayrı-ayrı şəxslər isə bu fikirləri kontekstdən çıxararaq, S.Mehdiyevin ümumilikdə deputatlara qarşı olduğu haqda yanlış təəssürat yaratmağa çalışır.

Halbuki S.Mehdiyev “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın dəyişdirilməsinə qarşı çıxan deputatları nəzərdə tutaraq, onların qanunsuz biznes və fırıldaqçılıqla məşğul olduğundan bəhs edib.

Pressklub.az Milli Məclisdə bu dəyişikliyə qarşı çıxış edən deputatların Elnur Allahverdiyev, Bəhruz Məhərrəmov, Müşfiq Cəfərov, Elman Nəsirli və Erkin Qədirli olduğunu yazıb.

Deputat Müşfiq Cəfərov çıxışında bildirmişdi: Qaimə-faktura ilə təqdim edilmiş 1000 dollara alınan məhsul barədə gömrük orqanları tərəfindən tələb qoyulur ki, məhsulun qiyməti bazarda 3000 dollardır. Nəticədə, rəsmiləşdirmə üçün 3000 dollar qeyd olunur. Belə olan halda, təbii olaraq, qiymət artımı baş verir, sahibkarlar məhkəməyə müraciət edir.

Deputat Erkin Qədirli isə Dövlət Gömrük Komitəsinin ayrıca bir qurum kimi ləğvinin vacib olduğunu demişdi.

Deputat Elnur Allahverdiyev də Nazirlər Kabinetinin gömrük sahəsi ilə bağlı qəbul etdiyi son qərarın dövlətin iqtisadi siyasət fəlsəfəsinə ziddiyyət təşkil etdiyini vurğulamışdı.

YAP-çı deputat Elman Nəsirov təmsil etdiyi Cəlilabad rayonundan olan iş adamları və sahibkarların öz məhsullarını ölkə sərhədlərindən kənara çıxarmaqda böyük problemlərlə üzləşdiklərini qeyd etmişdi.

Deputat Bəhruz Məhərrəmov isə poçt bağalamaları ilə göndərilən məhsulların limitinin 1000 dollardan 300 dollara endirilməsini kəskin tənqid etmişdi. Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov da mediaya açıqlamasında bu qərarın əleyhinə çıxmışdı.

Qeyd edək ki, 2020-ci ilin avqustun 21-də Nazirlər Kabinetinin “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” dəyişdirilib.

Yeni qaydalara görə, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə ilə xaricdən mal sifariş edə bilərlər. Həmin tarixə qədər bu məbləğ 1000 dollar idi. O cümlədən, fiziki şəxs özü ilə ölkəyə yalnız 800 dollar ekvivalentinə bərabər rüsumsuz mal gətirə bilər ki, dəyişikliyə qədər bu məbləğ 1500 dollar təşkil edirdi.

Tarix
2021.12.14 / 16:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Türkiyə Zəngəzur dəhlizi ilə bağlı işlərə başladı

Ukraynalı deputatlardan etiraz: Rubenin Nobelə təqdimatı...

Delimitasiya prosesində vacib məqam... - Əmirbəyov

Ərdoğandan “erməni soyqırımı” ilə bağlı mesaj

Japarov Ağdamda məktəbin tikintisi barədə danışdı

Bu, Putinin Əliyevə böyük jesti idi - Kalaşnikov

ABŞ konqresmenləri Bakıda: MM-də mühüm müzakirə...

Ermənistana hərbi texnika daşınır: Bakı qərar verəcək - Ekspert

Japarov Bakıda: Mühüm iclas keçirildi - Foto

Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla