Yuxarı

İrəvana verilən 10 erməninin əvəzinə nə aldıq? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana verilən 10 erməninin əvəzinə nə aldıq? - Video

Bakı 16 noyabr sərhəd döyüşlərində saxlanılan daha 10 ermənini İrəvana təhvil verdi: vasitəçi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, erməniləri Bakıdan aparan isə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaardır.

10 erməninin qarşılığında Bakı nə qazandı?

Mina xəritələrinin dəqiq olmasa belə, hamısının artıq alınması bu sualı aktuallaşdırır: əslində Bakının istədiyini Brüssel görüşündə aldığını deyə bilərik.

Görüşdən öncə Rusiyanın vasitəçiliyi ilə 10 erməniyə qarşı bütün xəritələr alındı. Aİ-nin Bakıda saxlanılan ermənilərin bir neçəsinin qaytarılmasına vasitəçilik edəcəyi gözlənilən idi və bu, qarşılığında nə veriləcəyi məsələsinə dair suallar yaradırdı. O zaman (dekabrın 14-də: görüş başlanmamışdan öncə) bu haqda belə yazmışdıq:

“Aİ-nin vasitəçiliyi ilə Bakıda saxlanılan ermənilərin bir neçəsi İrəvana verilə bilər. Burada əsas məqam Bakının bir neçə ermənini İrəvəna verəcəyi təqdirdə qarşılığında nə istəyəcəyidir, çünki dəqiq olmasa belə, mina xəritələrinin hamısı alınıb: Bakı görüşün nəticələrinin, eləcə də bəyanatların məhz post-münaqişə dövrü ilə bağlı olmasını istəyə və bununla Avropa masasında da münaqişənin bitdiyi reallığını qəbul etdirə bilər”.

Bakı Brüsseldə buna nail oldu: müzakirə edilən məsələlər və görüşün nəticələrinə dair verilən bəyanat birbaşa post-münaqişə dövrü ilə bağlı oldu və Qarabağın adı ümumiyyətlə çəkilmədi; beləliklə, Avropa masasında da münaqişənin bitdiyi reallığı qəbul olundu və bu nəticəyə qarşılıq 10 erməninin qaytarılması ilə siyasi jest edildi.

Tarix
2021.12.20 / 09:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı mühüm qərar

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Qonşuda ev yanırsa, Azərbaycan heç vaxt rahat ola bilməz

Bakıda Hindistanla bağlı konfrans keçirildi

Bakıda Liderlərin Zirvə Görüşü olacaq - İlk dəfə...

TRİPP layihəsi Bakı və İrəvandan asılıdır - Kortunov

Azərbaycan bu baxımdan vacib ölkədir - Bayraqdar

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla