Yuxarı

İDİ Bakıda seçki görüşləri keçirir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İDİ Bakıda seçki görüşləri keçirir

Demokratik Təşəbbüslər İnstitutu (İDİ) 2015-ci ilin noyabr ayında keçiriləcək parlament seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsinin təmin edilməsi üçün seçkiöncəsi mühitin və seçki prosesinin gedişini tənizimləyən mövcud qanunvericilik bazasının beynəlxalq standartlar çərçivəsində götürülmüş öhdəliklərə cavab verməsi istiqamətində apardığı araşdırmalara əsaslanaraq vətəndaş cəmiyyəti təmsilçiləri və siyasi partiyalarla müzakirələri davam etdirib.

Axar.az xəbər verir ki, təşkilatın yaydığı məlumatda İDİ-nin bu görüşlər çərçivəsində müxtəlif ictimai birlik rəhbərləri, o cümlədən seçkinin əsas tərəflərindən olan siyasi partiyalardan VHP sədri Sabir Rüstəmxanlı və Ədalət Partiyasının sədri İlyas İsmayılovla görüş keçirdiyi bildirilir.

Görüşlərdə Təşəbbüsün təmsilçisi kimi İDİ sədri, MSK üzvü Akif Qurbanov və hüquqşünas-ekspert Ələsgər Məmmədli çıxış etmişlər.

Təşkilat seçki prosesində müşahidəçi kimi iştirak edən vətəndaş cəmiyyətinin və seçkinin əsas tərəflərindən olan yuxarıda qeyd edilən siyasi partiyaların rəy və təkliflərini dinləyib, bu təklif və rəylərin yaxın günlərdə geniş ictimaiyyətin birgə müzakirəsinə çıxaracağını ifadə edib.

Tarix
2015.08.14 / 22:17
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili

Qətərdən İranın Naxçıvana hücumuna reaksiya

Bayramov İranın dron hücumundan danışdı

Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - Foto

İran qəsdən hücum edib, yoxsa səhvdir? - Fotofakt

Kanada İrana qarşı əməliyyata qoşula bilər - Karni

Naxçıvan aeroportunun uçuş-eniş zolağına da zərər dəyib - Foto

İranın hücumu ilə bağlı MN-dən açıqlama: Cavab olacaq!

İran Naxçıvana bu PUA-larla hücum edib - Ukrayna

İranın zərbəsindən sonra məktəb bu günə düşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla