Yuxarı

Bayramov İranın dron hücumundan danışdı

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov İranın dron hücumundan danışdı

5 mart tarixində Özbəkistan Respublikasının xarici işlər naziri Bəxtiyar Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

XİN-dən Axar.az-a verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. O bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.

Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.

Tarix
2026.03.05 / 14:01
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla