Yuxarı

İran Naxçıvana qəsdən hücum edib, yoxsa səhvdir? - Fotofakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İran Naxçıvana qəsdən hücum edib, yoxsa səhvdir? - Fotofakt

Bu gün İran PUA-larının Naxçıvan Beynəlxalq Hava Limanına düşməsi bir vacib suala qaçılmaz cavab tələb edir: Bu, qəsdən edilən hücumdur, yoxsa müharibə fəsadı, yanılma, səhv?

Axar.az xəbər verir ki, İran 28 fevraldan indiyədək olmayan səviyyədə hücumla üz-üzədir: Ölkənin ali dini lideri də daxil olmaqla, komandanlıq ilk dəqiqələrdə aradan götürülüb, ardınca zərbələr intensivləşib. Hər keçən gün zərbələrin miqyası artır.

İran cavab olaraq Körfəz ölkələrinə də hücum edir, baxmayaraq ki, özü buna “ABŞ-ın regiondakı hərbi varlığının hədəf alınması” adını qoyub. Ancaq ərəb ölkələrində neft bazaların, enerji sisteminin, hava və dəniz limanlarının hədəf seçilməsinin ABŞ bazaları ilə heç bir əlaqəsi yoxdur.

İran buna da cavab verə bilər: Körfəz ölkələri hava məkanını İsrail və ABŞ ordularına açıb, buna görə də müharibənin passiv də olsa, iştirakçısı sayılırlar. Bəs, ötən gün Türkiyəyə ballistik raket hücumu, bu gün isə Naxçıvan aeroportuna zərbənin izahı varmı?

Ötən gün Qərb mediası İranın ballistik raketinin Türkiyədə “ABŞ bazasına doğru istiqamətləndiyi” haqda məlumat yaymışdı. İran özü isə Türkiyədə hər hansı obyekti hədəf almadığını açıqladı. Buna baxmayaraq, Türkiyə istiqamətində raketin də bir “yozumunu” İran tapa bilər.

Azərbaycan niyə hədəf seçilir? Bəlkə, PUA-lar hədəfdən yayınıb? Yanlışlıq olub? Bəlkə, PUA-lar fərqli istiqamətə uçarkən sərhədi keçib və HHM sistemləri tərəfindən vurulub, fəsadlar PUA qalıqlarınındır?

Son sualdan başlayaq. Bu videoya baxın:

Açıq-aydın görünür ki, burada PUA-nın vurulması və yaxud PUA qalığının əraziyə düşməsindən söhbət getmir – burda PUA məhz hücum edir. Həm də bu PUA Naxçıvan Beynəlxalq Hava Limanı yaxınlığındakı məktəbin ərazisinə hücum edir.

Demək, burda hücumdan danışmalıyıq!

Bəlkə, PUA-lar hədəfdən yayınıb və idarəetmədən çıxıb?

Xəritəyə baxın:

1. İsrail və ABŞ İrana Körfəzdən, ərəb ölkələrinin hava məkanından hücum edir – İranın şimal-qərbinin Azərbaycanla sərhəd hissəsinin sol tərəfi Türkiyə ilə uzun sərhəd zolağını əhatə edir. Türkiyə ilə bu sərhəd zolağının uzunluğu 534 kilometrdir. Türkiyənin hava məkanından İrana heç bir hücum baş vermədiyi üçün İranın müdafiə və hücum istiqaməti Azərbaycan sərhədindən ən azı 300-400 km cənubda olmalıdır.

2. İsrail və ABŞ İranın şimal-qərbində yalnız Təbriz və Urmiyadakı hərbi obyektlərə zərbə endirir. Xəritədən də göründüyü kimi, Təbriz və Urmiyadan Azərbaycan sərhədinə qədər məsafə 200 km-dən çoxdur.

Naxçıvana düşən hücum PUA-larıdır. Bu hücum PUA-ları ölkənin şimal-qərb sərhədində nə gəzir?

3. Vətən müharibəsi zamanı da həm Azərbaycan, həm də Ermənistan tərəfdən İran ərazisinə top mərmilərinin düşməsi faktı olmuşdu, ancaq bunun təsadüf olduğu dərhal açıqlanmış, üzr istənilmişdi, baxmayaraq ki, İran ən sərt şəkildə bu təsadüfə görə Azərbaycanı hədələmişdi.

İndi isə təkzib yoxdur, dərhal açıqlama da verilməyib.

4. Əgər doğrudan da hər hansı təsadüf, səhv baş veribsə, təsadüfən hücum PUA-ları Azərbaycanla sərhəddə uçarkən səhv edibsə, niyə məhz strateji infrastruktura – beynəlxalq hava limanına yönəlir?

5. Necə olur ki, iki PUA eyni vaxtda təsadüfən sərhədi keçir və ikisi də məhz aeroporta düşür?

6. Niyə İran PUA-ları məhz Naxçıvan aeroportu yaxınlığında idarəetmədən "çıxır"? Niyə bu PUA-lardan biri "səhvən" Ermənistan sərhədini keçmir?

7. SEPAH-a yaxın teleqram kanalları bu xəbəri bu cür tirajlayır: “Azərbaycana hücum etdik”.

Bu qədər “təsadüf” olmur və SEPAH kanalları haqlıdır.

Bu, hücumdur!

Tarix
2026.03.05 / 13:54
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”

Naxçıvana dron hücumu ilə bağlı İrandan ilk açıqlama

İran Naxçıvanı vurdu: İsraildən sərt reaksiya...

Naxçıvana hücumla bağlı Səudiyyədən açıqlama

İran Naxçıvana bu məqsədlə hücum etdi

Ukrayna səfirliyi İranın hücumunu pislədi

Naxçıvana hücum: xəsarət alanların sayı artdı

Naxçıvana dron hücumuna – Güneydən reaksiya

Azərbaycanlı hərbçilər İran ordusunu tərk edir - Təcili

Qətərdən İranın Naxçıvana hücumuna reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla