Yuxarı

Rusiya mesajı: qanunsuz erməni silahlılar çıxarılacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya mesajı: qanunsuz erməni silahlılar çıxarılacaqmı?

Daha əvvəllər Rusiya sülhməramlı kontingentinə rəhbər təyin edilən generalların ilk olaraq Ermənistana gəlməsi Azərbaycanda haqlı narazılıqlara səbəb olurdu. Əslində sülhməramlı funksiyasını üzərinə götürən tərəf belə həssas məsələlərdə ədalətli davranmağa məcburdur.

Bu sözləri Axar.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı Andrey Volkovun ilk olaraq Bakıya gəlməsini şərh edərkən deyib.

Ekspertə görə, sülhməramlılara yeni təyin olunan komandanın ilk səfərini Bakıya etməsi Rusiyanın tərəflərə münasibəti balanslaşdırmaq niyyətindən xəbər verir:

“Yeni təyin olunan komandanın Rüstəm Muradovla birlikdə ilk olaraq Bakıya gəlməsi Rusiya MN-in ən azından bu dəfə ədalətli mövqe tutaraq, əvvəlki fəaliyyətlərini balanslaşdırmağa çalışdıqlarını göstərir. Adi məntiqdir, rus sülhməramlıları hansı ölkənin ərazisində yerləşirsə, komandan da o ölkəyə gəlməlidir. Daha sonra Ermənistana tanışlıq səfəri edə bilər”.

Ədalət Verdiyevin fikrincə, bununla bərabər, bu səfər Volkovun vəzifələrini bitərəfliyini qorumaqla icra edəcəyi haqda indidən qəti inamla fikir bildirməyə əsas vermir:

“Bizə yaxşı məlumdur ki, birgə bəyanatın 4-cü bəndinə əsasən 14 ay bundan əvvəl Qarabağdan çıxarılmalı olan erməni qanunsuz silahlı birləşmələri hələ də həmin ərazilərdə qalmaqdadır. Həmin silahlılar və onlara məxsus texnikalar rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdən çıxarıldıqdan sonra biz sülhməramlıların vəzifələrinə məsuliyyətlə yanaşdığına və öz vəzifələrini ədalətlə icra etdiklərinə dair fikir yürüdə bilərik”.

Tarix
2022.01.12 / 16:42
Müəllif
Türkan Camal
Digər xəbərlər

Azərbaycana görə qiymətlər azaldı - Paşinyan

Xomeyni kimi “qayıdış”: Rza bacaracaq? - Semivolos

Səfirimiz Rusiya XİN-də bunu müzakirə etdi

Azərbaycanla bu yarışa girməyəcəyik - Papikyan

ABŞ “Ermənistanla” dedi: Azərbaycanın adını çəkmədi

Azərbaycanda və Hindistanda su itkisinin həcmi...

Şıxlinskiyə qarşı yeni ittiham: 22 milyonluq təzminat...

Onlar Bakıdan Ermənistana gedəcək

TDT-yə üzv dövlətlərlə əməkdaşlıq... - Ukrayna səfiri

Bakı nə edəcək: casusları ölkəyə buraxacaq, yoxsa?..

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla