Yuxarı

MN-in sabiq idarə rəisinin cəzası azaldıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-in sabiq idarə rəisinin cəzası azaldıldı

Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.

Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.

Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.

Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.

2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub. Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.

Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.

Tarix
2026.01.13 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

Türk tiktoker: İlham Əliyev hamıya elə cavab verdi ki... - Video

Bölgəyə Türkiyə ordusu yerləşdirilsə, İsrailin addımları...

Ceyhun Bayramov Arakçıya başsağlığı verdi

Ərdoğan türk dövlətlərini təbrik etdi

YAP-ın VIII Qurultayı əlamətdar hadisə oldu

Azərbaycanın güclü dövlətə çevrilməsinin istinad nöqtəsi...

Əliyev ad çəkmədi, amma mesaj verdi: Qat-qat baha almışıq!

İlham Əliyev İraq prezidentini təbrik etdi

Azərbaycanla Koreya arasında əlaqələr... - Prezident

Prezident Frank-Valter Ştaynmayerə məktub göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla