Yuxarı

Yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yeni dövr: bütün bank əməliyyatlarınızı Birbank-da izləyin!

Azərbaycanın ilk rəqəmsal bankı Birbank Mərkəzi Bankın “Açıq bankçılıq” yanaşmasını tənzimləyən normativ aktlar və texniki platformasına inteqrasiyasını tamamilə yekunlaşdırıb. Bununla da ölkənin maliyyə bazarında ilk dəfə olaraq tətbiq edilən bu funksionallıq Birbank mobil tətbiqində aktivləşdirilib.

Artıq Birbanklılar “Açıq bankçılıq” platformasına qoşulan digər banklardakı hesablarını da öz mobil tətbiqlərindən rahatlıqla görə bilərlər. Bununla da Birbank müştəriləri bütün maliyyə əməliyyatlarını bir mərkəzdən izləmək imkanı, eləcə də rahat və asan nəzarət mexanizmi qazanmış olurlar.

Bunun üçün aşağıdakı təlimatları izləmək yetərlidir:

- Birbank mobil tətbqinə daxil olun;

- “Açıq bankçılıq” hissəsinə klik edin;

- “Digər bankın hesabını əlavə et”i seçin;

- Açılan siyahıdan istədiyiniz bankı seçin və əlavə edin;

Daha sonra 90 günədək edilən əməliyatlarla bağlı bütün məlumatlar Birbank tətbiqində rahatlıqla görünəcək. Qeyd edək ki, depozit və kredit məlumatları, həmçinin köçürmə, ödəniş və digər əməliyyatların icrası nəzərdə tutulmur. Müştərilər istədikləri vaxt əlavə etdikləri bank kartlarını silə və verdikləri icazələri ləğv edə bilərlər.

Tətbiqi yükləmək üçün: http://www.b-b.az/bbha

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 115 filial və 52 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı Kapital Bank adı altında müştərilərinə xidmət göstərib və PAŞA Holding-ə daxildir. Kapital Bank isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün Birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Tarix
2026.01.13 / 18:15
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla