Yuxarı

Bu ölkə kəşfiyyatı parlamentə girdi – London çalxalanır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın kəşfiyyat xidməti həyəcan təbili çalıb. Çin kəşfiyyatı Böyük Britaniya parlamentinə qədər sirayət etməyə müvəffəq olub. BBC-nin məlumatına görə, Çinin təsir agentləri Böyük Britaniyanın parlament üzvləriylə sıx təmaslar qurmağa çalışırlar. Pekin təsir agentləri vasitəsilə Böyük Britaniya parlamentinin Çin əleyhinə qərarlarının durdurlmasını istəyir.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Britaniyadakı casus qalmaqalını şərh edərkən yazıb.

O bildirib ki, Böyük Britaniya kəşfiyyatının deputatlara göndərdiyi məlumata görə, Kristin Kuq Lu adlı Çin mənşəli vəkil Pekindən aldığı təlimatlar əsasında Böyük Britaniyanın müxtəlif parlament üzvləriylə Çini narahat edən mövzuları müzakirə edib:

“Hər bir deputatın başlıca məqsədi növbəti seçkidə yenidən qələbə qazanıb parlament üzvü olmaqdır. Seçki kampaniyası üçün isə maliyyə lazımdır. Çin mənşəli vəkil razılığa gəldiyi deputata maliyyə dəstəyi vədi verirdi. Pullar Çindən göndərilməliydi. Vəkilə ayrılan pul şübhə doğurmamaq üçün Honkonqdakı banklardan köçürülməli idi.

Böyük Britaniya əks-kəşfiyyatı deputatları xəbərdar edib ki, kim Kristin Kuq Lu adlı vəkillə əlaqə qurub ondan maliyyə alacaqsa, bu halda Kommunist Çinin maraqlarına xidmət etmiş olacaq. Məsələdən xəbərdar olan Mühafizəkarlar Partiyasının keçmiş lideri və deputat Dankan Smit Çin mənşəli vəkilin Böyük Britaniyadan deportasiya edilməsini tələb edib. Bu tələbi deputat və Böyük Britaniyanın müdafiə nazirinin keçmiş müavini Tobayas Ellvud da dəstəkləyib. Onun sözlərinə görə, Pekindən nə istəsən gözləmək olar: “Çin kəşfiyyatının Böyük Britaniya parlamentinə qədər uzanması hökuməti narahat etməlidir”.

Politoloq xatırladıb ki, Böyük Britaniya kəşfiyyatı Çin kəşfiyyatının Rusiya KQB-ni üstələməyə başladığı fikrindədir:

“Britaniya kəşfiyyatının hesabatında yazılır: “Əvvəllər Böyük Britaniyada belə hallar olmazdı. İndi isə Çin kəşfiyyatı evimizin içinə daxil olmağa çalışır. Təsir agentlərini həbs etmək mümkün deyil. Çünki onlar lobbiçiliklə məşğuldurlar. Bu, cinayət olmasa da, Çinin maraqlarını təmin etmək Böyük Britaniyanın təhlükəsizlik maraqlarına ziddir. Ona görə təsir agentlərini ölkədən deportasiya etmək lazımdır”.

Çin mənşəli vəkil Böyük Britaniya parlamentində müxtəlif istiqamətlərdə çalışırmış. Onun vəzifələrindən biri də iki ölkə arasında parlamentlərarası qrupun işini gücləndirmək olub. Qrupun Böyük Britaniyadan olan üzvlərinin Çinə səfərləri təşkil olunmalıydı. Vəkilin tələsinə düşənlər olub. Misal üçün Leyboristlər Partiyasının üzvü Barri Qardiner 5 il ərzində vəkildən 420 min funt sterlinq alıb. Başqaları da pulları alıblar. Ancaq vəkildən pullar alanlar maliyyə vəsaitlərini müxtəlif təşkilatlara keçirdiklərini bildiriblər.

İngilis siyasətçilərin söylədiklərini yoxlamaq çətindir. Ancaq Çin mənşəli vəkli faş edildikdən sonra çətin ki, Böyük Britaniyada kimsə onunla müzakirə aparıb maliyyə dəstəyi alsın”.

Tarix
2022.01.17 / 15:32
Müəllif
Nazlı Onur
Digər xəbərlər

Yaxınlarda sülh sazişi ilə bağlı yaxşı xəbər ola bilər - Mirzoyan

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda... - Foto

Azərbaycan hərbçiləri Qırmızı meydanda - Video

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla