Yuxarı

Qarabağla Ermənistan arasında heç vaxt sərhəd olmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağla Ermənistan arasında heç vaxt sərhəd olmayacaq

"Sərkisyan Dağlıq Qarabağla Ermənistan arasında sərhəd-keçid məntəqələri quraşdırmayacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında adının çəkilməsini istəməyən erməni mühacir deyib.

O, Nursultan Nazarbayevin çıxışına Ermənistan hakimiyyətində elə də önəm verilmədiyini bildirib. Onun sözlərinə görə, hakimiyyətdə Qazaxıstan prezidentinin çıxışı əsas müzakirə obyektinə çevrilməyib: "S.Sərkisyan heç bir zaman Dağlıq Qarabağla sərhəd-keçid məntəqələri quraşdırmayacaq. Düzdür, Azərbaycanın açıqlaması rəhbərlikdə bir az təşviş yaradıb, amma onlar yenə də bunu quraşdırmaq niyyətində deyillər. Prezident də, baş nazir də, hamısı Rusiyanın buna yol verməyəcəyini deyib".

O, Sərkisyanın Ermənistan elə bu formada da Gömrük İttifaqına üzv edəcəyini deyib: "Sərkisyanın özünə də Dağlıq Qarabağla arasında nə isə quraşdırmaq sərf eləmir. Bilir ki, sərhəd-keçid məntəqəsinin quraşdırılması hakimiyyətin irəli sürdüyü dövlət siyasətini birbaşa ayaqlar altına atmaq deməkdir".

Qeyd edək ki, Nursultan Nazarbayev bir müddət öncə Ermənistandan Gömrük İttifaqına daxil olan zaman Dağlıq Qarabağla sərhədlərinin dəqiq göstərilməsini istəmişdi. O bununla rəsmi İrəvana Dağlıq Qarabağla arasında sərhəd-keçid məntəqələrinin yaradılmasına eyham vurmuşdu.

Tarix
2014.01.11 / 16:35
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla