Yuxarı

Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gürcüstanla əməkdaşlığı gücləndirəcəyik - DGK sədri

Azərbaycan Gürcüstanla münasibətlərin inkişafı və möhkənmləndirilməsinə böyük önəm verir. Ölkələrimiz arasında gömrük, ticari-iqtisadi, siyasi və mədəniyyət sahələrində münasibətlər ən yüksək səviyyədədir.

Axar.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Tiflisdə Beynəlxalq Gömrük Gününə həsr olunan tədbirə göndərdiyi videotəbrikdə deyib.

O qeyd edib ki, Gürcüstan və Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda, xüsusən də, Beynəlxalq Gömrük Təşkilatı, GUAM və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında birgə iştirakı sıx əməkdaşlığın dərinləşdirilməsinə yönəlib:

“Gürcüstanla dövlət sərhədlərinin vahid idarə olunması prinsipinin tətbiqi, həmçinin tranzit dəhlizi üzrə beynəlxalq yüklərin fasiləsiz hərəkətinin təmin oluması istiqamətləri üzrə əməkdaşlığımız yüksək səviyyədədir. Ümid edirəm ki, gələcəkdə gömrük qurumlarımız arasında əməkdaşlıq daha da möhkəmlənəcək və dərinləşəcək”.

DGK sədri Gürcüstan gömrükçülərini Beynəlxalq Gömrük Günü münasibətilə təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Tarix
2022.01.26 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla