Yuxarı

Sərkisyan sözlərindən çıxan nəticə: Qarabağ oyunu başladır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serj Sərkisyanın iki gündür anons edilən geniş müsahibəsi ötən gün yayıldı və erməni mediası bu müsahibəni geninə-boluna yayımladı.

Bu müsahibədən ümumi çıxan nəticə nədir?

Sərkisyan etiraf etdi ki, Azərbaycan Prezidentinin çıxış və sözləri birmənalı olaraq Ermənistan cəmiyyətində həqiqət kimi qəbul edilir. Artıq erməni ictimaiyyəti İlham Əliyevin heç vaxt yalan demədiyini, reallığı olduğu kimi təqdim etdiyini, verdiyi vədləri mütləq yerinə yetirdiyini və elan etdiyi hədəflərə nə yolla olursa-olsun çatdığını bilir.

O da aydın oldu ki, Ermənistan Baş naziri Nikol Paşinyan da Qarabağ danışıqları ilə bağlı uzun illərdir davam edən və Köçəryan-Sərkisyan cütlüyünün bağlı qapılar arxasında hansı vədlər verdiyini ictimaiyyətə təqdim etməklə, əsl reallığı göstərmək yolunu tutub. Paşinyan Kazan danışıqlarından sonra masa arxasında Ermənistanın bütün arqumentləri itirdiyini və keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasına mane olacaq heç bir əsasının qalmadığını faktlarla ortaya qoyur və Sərkisyanın bunlara cavabı yoxdur.

Sərkisyan iddia edir ki, onda bütün sənədlər var, hansı danışıqların aparıldığını söyləyə bilər, ancaq “Bu danışıqlar konfedensialdır və həmsədrlərin razılığı olmadan mən onları aça bilmərəm”. Başqa sözlə, Paşinyanın arqumentlərinə heç bir cavab verə bilmir, masa arxasında danışıqlarda hansı öhdəliklər götürdüyü və sonra da bu öhdəliklərdən qaçdığı haqda rəqibinin faktları qarşısında susmağa üstünlük verir.

Sərkisyan cəmiyyətdəki ümumi atmosferi də ifadə etdi: “İndi cəmiyyətdə böyük məyusluq var”, “Artıq hamı Qarabağ münaqişəsinin başa çatdığını düşünür” və s. ifadələr təsdiqləyir ki, ermənilər 30 illik işğaldan psixoloji olaraq da əl çəkmək yolundadırlar; bu 30 ilin onların bütün həyatını məhv etdiyini nəhayət anlamağa başlayıblar.

“Biz kapitulyasiyaya məcbur olduq, sındırıldıq, məhv edildik” sözləri ilə Sərkisyan ümumi əhval-ruhiyyəni ifadə edir. İllərlə apardığı işğal, qan siyasətinin və qətliamların öz millətinə daha çox ziyan vurduğunun da fərqindədir. Buna baxmayaraq, Sərkisyan yenə də cəmiyyəti yalan vədlərlə yenidən qırğına verməkdən əl çəkmir.

Birincisi, Sərkisyan “müharibə istəməmək”, “sülhə hazır olmaq” ifadələrindən vaxtaşırı istifadə edilməsinin ölkənin suverenliyinə təhdid olduğunu bildirir. Guya Ermənistan hakimiyyətinin və cəmiyyətinin “sülhə hazır olduğunu” deməsi ilə sülh olmur, “birtərəfli istək” nəticə vermir, “sülh üçün müharibəyə hazır olmaq lazımdır” deyir. Dərhal da əlavə edir ki, sözləri “revanşizm istəyi” kimi qəbul edilməməlidir. Əslində isə bu “təkzibi” ilə Sərkisyan əsl niyyətini – revanşizmi körüklədiyini ifadə edir.

İkincisi, “sülh istəmək” – erməni cəmiyyətinin qətiyyən birtərəfli mövqeyi deyil, əksinə, Azərbaycan dövlətinin rəsmi çağırışıdır. Prezident İlham Əliyev bir neçə dəfə ən yüksək səviyyədə sülh müqaviləsinin imzalanması üçün təkliflər göndərildiyini bildirib.

Üçüncüsü, Sərkisyanın dediyi kimi, əgər Ermənistan cəmiyyətində “məyusluq” varsa, Azərbaycan və Ermənistan rəhbərləri Qarabağ münaqişəsinin artıq başa çatdığını elan edirlərsə və erməni ictimaiyyətinə də bu təsir edirsə, “Qarabağ Azərbaycanın tərkib hissəsi olmayacaq” iddiası və “Biz ATƏT-in Minsk Qrupunu diriltməklə Dağlıq Qarabağ danışıqlarını bərpa edə bilərik” sözləri ilə erməni cəmiyyətini yenidən aldatmaq və onu müharibəyə çağırmaq növbəti dəhşətli səhvdir.

Erməni diasporunun nəzarətində olan media qurumları da cidd-cəhdlə bu revanşist əhval-ruhiyyəni saxlamağa, onu təbliğ etməyə və insanları yanlış yola çəkməyə davam edir.

Əlbəttə, Azərbaycan bu təbliğat savaşında da öz sözünü deyir. Ermənistan cəmiyyətinə Azərbaycan Prezidentinin sözlərinin necə təsir etdiyini Sərkisyan bilirsə, Azərbaycan kəşfiyyat orqanları da bilməmiş deyil və məhz Sərkisyanın iki gündür anons edilən müsahibəsi çıxan gün İlham Əliyevin rəsmi dövlət agentliyinə gözlənilmədən geniş açıqlama verməsinin hədəfi də bəllidir. Sərkisyanın bütün revanşist ruhlu açıqlamalarına qarşı eyni gündə İlham Əliyevin çox sərt şəkildə cavabı oldu.

Bu, Sərkisyana da xəbərdarlıq idi, Sərkisyana inanan və ona səs verən 5,6 faizlik seçicilərinə də, elə Ermənistan cəmiyyətinə də - necə ki, Sərkisyan özü də o cəmiyyətə İlham Əliyevin daha geniş təsiretmə imkanı olduğunu etiraf edirdi...

Münaqişə bitib, Qarabağ problemi arxada qalıb və Azərbaycan ən qısa müddətdə Xankəndi və ətrafına da nəzarəti əlinə alacaq. Ermənistan cəmiyyətində buna razı olmayıb, Azərbaycanın ərazi bütövlüyünə qəsd etmək istəyən sərkisyanlar yenidən baş qaldırmaq istəyəcəksə, onlar dərhal əziləcək – İlham Əliyev məsələni bu cür qoydu və həm də xəbərdarlıq etdi: daha əvvəlki kimi onların genişlənməsinə imkan verilməyəcək, dərhal qəti tədbirlər görüləcək.

Tarix
2022.02.01 / 15:54
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla