Yuxarı

86 saat dağıntılar altında qalan qadın xilas edildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
86 saat dağıntılar altında qalan qadın xilas edildi

Venesuelada baş verən güclü zəlzələdən 86 saat sonra dağıntılar altında qalan 60 yaşlı qadın xilasedicilər tərəfindən xilas edilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Salvador Prezidenti Nayib Bukele X sosial şəbəkəsində məlumat yayıb.

Onun sözlərinə görə, Salvadorun xilasediciləri perulu həmkarlarının dəstəyi ilə Karabalyeda şəhərində dağılan "Breogan" binasının qalıqları altında qalan Belkis Xosefina Barreto Qarsiyanı 11 saat davam edən intensiv əməliyyatdan sonra xilas ediblər.

Bukele bildirib ki, qadın zəlzələdən sonra 86 saat dağıntılar altında qalsa da, sağ çıxarılıb.

Prezident qeyd edib ki, həkimlər ilkin tibbi düşərgədə onun vəziyyətini stabilləşdirə bilsələr də, qadının durumu ağır olaraq qalır. Bu səbəbdən o, xüsusi helikopterlə Karakasdakı özəl klinikalardan birinə çatdırılıb və müalicəsi davam etdirilir.

Tarix
2026.06.28 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan–Qırğızıstan Müttəfiqlik sazişi nə vəd edir?

Yeddi körpənin yanaraq öldüyü mərkəzlə bağlı yeni xəbər

Erməni terrorçuların məhkəməsi: hakimlər müşavirəyə getdi

Samir Şərifova yeni vəzifə verildi

Prezidentdən Qırğızıstan səfəri ilə bağlı - Video

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Hüseyn Həsənov 6 il müddətinə həbs oluna bilər

Baş nazirdən bu avtomobil nəqliyyatı ilə bağlı qərar

Mehriban Əliyeva "Altın-Balalık" mərkəzində...

Liderlərin Çolpon-Ata şəhərində qeyri-rəsmi görüşü keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla