Yuxarı

Mərakeş hakimiyyəti ilə əməkdaşlıq edəcəyik - Sançez

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərakeş hakimiyyəti ilə əməkdaşlıq edəcəyik - Sançez

Biz Mərakeş hakimiyyəti ilə əməkdaşlığı davam etdirəcəyik və onların bu prosesdə göstərdiyi əməkdaşlıq iradəsini yüksək qiymətləndiririk.

Axar.az xəbər verir ki, bunu İspaniyanın Baş naziri Pedro Sançez Mərakeşdən Seuta şəhərinə 50 minə yaxın miqrantın soxulması barədə danışarkən deyib.

“Məqsəd qeyri-qanuni yollarla, xüsusilə də dünən ölkəyə gələn miqrantların mümkün qədər qısa müddətdə öz ölkələrinə geri qaytarılmasını təmin etməkdir. Hazırda ən təcili vəzifə normal vəziyyəti bərpa etmək, təhlükəsizliyi təmin etmək və hər şeydən əvvəl birgəyaşayışı təhlükəyə atmamaqdır.

Nəticə etibarilə, vacib olan insanların öz ölkələrində qala bilməsi və həmin gənclərin ehtiyac duyduğu şərait və imkanların orada yaradılmasıdır”, - o bildirib.

Qeyd edək ki, Seutaya soxulan 50 minə yaxın miqrant avtomobilləri yandırır, mağazaları qarət edir, şəhər küçələrində xaos yaradırlar. Miqrantlarla təhlükəsizlik qüvvələri arasında baş verən qarşıdurmalar nəticəsində 19 nəfər həlak olub.

Tarix
2026.07.31 / 17:32
Müəllif
Sevgi İsmayılbəyli
Digər xəbərlər

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla