Yuxarı

Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin ailəsinə məxsus bankın lisenziyası ləğv edildi

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Bank BTB ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış T-Kredit MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Axar.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Bununla da ölkədə BOKT-ların sayı 53-ə çatıb.

Xatırladaq ki, AMB-nin 5 mart 2026-cı il tarixli qərarı ilə, qanunvericiliyə müvafiq olaraq, Bank BTB-nin müraciəti əsasında onun BOKT-a çevrilməsi formasında yenidən təşkilinə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində, Bank BTB-nin öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilib, bankın kreditorlarının məlumatlandırılması təmin olunub. Bu çərçivədə, Azərbaycan Beynəlxalq Bankı ASC (ABB) ilə Bank BTB arasında "Aktivlərin və passivlərin ötürülməsi haqqında müqavilə" imzalanıb. Həmin müqaviləyə uyğun olaraq "Bank BTB"nin aktiv və öhdəliklərinin ABB-yə ötürülməsi uğurla tamamlanıb.

Bank BTB-nin müştərilərinin müddətli və tələbli depozitləri şərtləri dəyişdirilmədən ABB-yə tam və fasiləsiz şəkildə ötürülüb, bütün müştərilərin öz vəsaitlərinə sərbəst çıxışı və onlardan istifadə imkanı yaradılıb. Eyni zamanda, kredit portfelinin ötürülməsi prosesi də uğurla tamamlanıb. Bank BTB-yə kredit borcu və ya digər öhdəlikləri olan müştərilərə qarşı tələb hüquqları müqavilə şərtləri qüvvədə saxlanılmaqla ABB-yə ötürülüb, kreditlərə xidmət olunmasının fasiləsizliyi təmin olunub.

Bununla da, Bank BTB-nin T-Kredit BOKT-a çevrilməsi prosesi uğurla tamamlanıb. Yeni kredit təşkilatı faliyyətini Bakı şəhəri, Səbail rayonu, Nigar Rəfibəyli küçəsi, 9 ünvanında həyata keçirəcək.

Qeyd edək ki, Bank BTB 2010-cu ildə təsis edilib. Bankın nizamnamə kapitalı 71,45 milyon manat təşkil edir. Bank BTB ASC-nin səhmlərinin 74.98%-i (49 829 ədəd) Ramiz Mehdiyevin gəlini Nigar İsmayıl qızı Mehdiyevaya məxsus olub.

Tarix
2026.07.31 / 17:47
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin düşmüş heç bir vətəndaşımız unudulmur

Müharibə başa çatsa da, onlar üçün gözlənti davam edir

Avqust Hanninqin casusluq işində Azərbaycanın adı...

Abramyan: Bakı çox böyük oyuna başlayıb

Prezident onlara müaciət ünvanladı

Bakıda daha bir mühüm konfrans başladı

Qardaşlıqdan ortaqlığa: Türkiyə və Yeni Azərbaycan - Kandemir

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla