Yuxarı

ABB iqtisadiyyata 800 milyona yaxın biznes krediti ayırıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB iqtisadiyyata 800 milyona yaxın biznes krediti ayırıb

2021-ci ildə ABB ölkə iqtisadiyyatına 800 milyon manata yaxın biznes krediti ayırıb. O cümlədən kiçik və orta sahibkarlıq layihələrinə 82 milyon manat kredit verib.

Axar.az xəbər verir ki, kiçik və orta biznesə verilən kreditlərin 56%-i Bakı və Abşeron, 44%-i bölgələrimizdə fəaliyyət göstərən iş adamlarına ayrılıb. Bankın il ərzində maliyyələşdirdiyi kiçik və orta biznes layihələrinin əksəriyyəti istehsalat, kənd təsərrüfatı, nəqliyyat, ticarət və tikinti sahələrinə aiddir. ABB-də hesab açmış hüquqi şəxslərin, eləcə də sahibkar fiziki şəxslərin sayı 2021-ci ildə 103.000-ə çatıb.

Real sektorun inkişafına dəstək verən ABB kiçik və orta sahibkarlara müxtəlif çeşiddə kredit məhsullarını və digər maliyyə xidmətlərini təklif edir. Bu xidmət və məhsullardan Bankın bütün filiallarında faydalanmaq olar. Bank “Sahibkarlar Klubu” vasitəsilə də iş adamlarına müxtəlif imtiyazlar yaradır. Sahibkarların işgüzar platforması olan Klubun hazırda 1000-dən çox üzvü var. Ötən ilin sonunda ABB şirkətlər və sahibkarlar üçün yeni İnternet Bank xidmətini də istifadəyə verib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2022.02.04 / 19:23
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla