Yuxarı

Qərb Rusiyanı tamamilə çökdürmək istəmir - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ və Britaniyanın başçılıq etdiyi anqlosakson qrup sərt sanksiyaların və Rusiyanın çökdürülməsinin tərəfdarıdır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ukrayna XİN rəhbərinin Rusiyaya sanksiyaların bəzilərinin “işləməməsi” və yeni sanksiyaların tətbiqində ləngimələrlə bağlı narazılığını şərh edərkən deyib.

O bildirib ki, ABŞ-Britaniya xəttindən fərqli olaraq, Avropa Birliyinin siyasi və iqtisadi gücləri sayılan Fransa və Almaniya Rusiyanın tamamilə çökdürülməsinə qarşıdırlar:

“Həmin ölkələr Rusiya ilə ticarətə xüsusi əhəmiyyət verirlər. Buna görə də mümkün qədər Rusiya ilə əməkdaşlıq etməyə çalışırlar”.

T.Rzayevin sözlərinə görə, Rusiyanın tamamilə zəiflədilməsi Mərkəzi Avrasiyada boşluğa yol aça və Çinin güclənməsinə səbəb ola bilər:

“Sanksiyalardakı tərəddüdlər bununla bağlıdır. Rusiya da artıq Ukrayna ilə sülh görüşmələrinə başlayıb. Ən son Türkiyədə belə bir görüş təşkil edildi. Rusiyanın Kiyev iqtisamətindən qoşunlarını Donbasa çəkməsi barədə məlumatlar var. Ola bilsin ki, səhnə arxasında da hər hansı razılaşmalar mövcuddur. Bu danışıqlara uyğun olaraq Qərb sanksiyaları zəiflədə və yaxud yeni sanksiyalardan imtina edə bilər”.

Tarix
2022.04.02 / 09:09
Müəllif
Türkan Camal
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla