Yuxarı

Elman Rüstəmov niyə vaxtından tez yola salındı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elman Rüstəmov niyə vaxtından tez yola salındı?

Azərbaycan tarixində Mərkəzi Bankın ən uzunmüddətli rəhbəri olmuş Elman Rüstəmov yola salınır. Qərar həm gözlənilirdi, həm də yox. Ona görə gözlənilməz oldu ki, 2 il öncə Elman Rüstəmovun namizədliyi Prezident tərəfindən növbəti dəfə irəli sürülmüşdü və gözləmək olardı ki, 2025-ci ilə qədər postunda qalacaq. Hakimiyyətin yüksək eşalonunda təmsil olunan şəxslərin kiçik istisnalarla tam dəyişməsi isə bu qərarı təəccüblü etmədi.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadşı ekspert Samir Əliyev Mərkəzi bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmovun vəzifədən getməsi və onun yerinə Taleh Kazımovun təyin edilməsi istiqamətində rəsmi prosesin başlamasına münasibətində deyib.

Ekspertin fikrincə, əslində, Elman Rüstəmovun son iki təyinatı kiritik dövrə təsadüf edib - birinci devalvasiya (2015), ikinci pandemiya (2020) ilinə:

“Hər ikisində milli valyutanın devalvasiya məsələsi gündəmdə olub. Ola bilsin Prezident kritik dövrdə dəyişikliyə getməyə riskli sayıb.

Müasir Azərbaycanın mövcud bank sistemi müsbət və mənfi tərəfləri ilə birlikdə Elman Rüstəmova məxsusdur. O, ikinci müstəqilliyin 31 ilinin 30 ilini Mərkəzi Bankın rəhbəri vəzifəsində olub. 1992-1995-ci illərdə MB-nin İdarə Heyəti sədrinin 1-ci müavini, 1995-ci ildən bu günə kimi sədri vəzifəsində çalışıb. Bu baxımdan onun fəaliyyətinə qiymət verəndə başqa şəxslə müqayisə etmək imkanı məhduddur.

Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri olaraq bank sektorunda daim konservativ yanaşma tətbiq edib, bankların xarici maliyyə bazarına çıxışı məhdud olub, xarici bankların ölkəyə daxil olması mümkünsüz edilib. Onun rəhbərliyi dövründə əhalinin banklara və milli valyutaya (ilk devalvasiyaya qədər) inamının bərpasına nail olub. Ən azı 90-cı illəri yaxşı xatırlayırıq. Ölkədə dollarlaşma səviyyəsi aşağı düşüb. İnflyasiya səviyyəsi, o cümlədən idxal inflyasiyası minimuma endirilib. Təəssüf ki, bank sektorunda kredit faizlərinin yüksək olması, kiçik və orta sahibkarlığın kreditə əlçatanlığının zəif olması, bankların məhdud xidmətlər göstərməsi, bank müştərilərinin hüquqlarının pozulması kimi problemlər həllini tapa bilməyb. Bu azmış kimi, neftin ucuzlaşması fonunda yaranmış vəziyyət, devalvasiya göstərdi ki, bank sektorunun dayanıqlığı zəifdir. Qısa müddətdə insanların banklara və manata olan etimadı itməyə başladı”.

Ekspert qeyd edib ki, bu gün cəmiyyətdə mövcud olmuş rəyin tam əksinə olaraq, Elman Rüstəmov devalvasiyanın əsas əleyhdarlarından biri idi:

“Təsadüfi deyil ki, 2015-ci ildə devalvasiyanın qarşısını almaq üçün Mərkəzi Bankın valyuta ehtiyatının 2/3-si qurban verməkdən çəkinməmişdi. Aydın məsələdir ki, Azərbaycan kimi ölkələrdə devalvasiya qərarını Mərkəzi Bank verə bilməz. 2009-cu ildə və 2020-ci illərdə manatın devalvasiyası riski olduğu halda Mərkəzi Bank manatın məzənnəsini qorudu. 2015-ci ildə isə mümkün olmadı. Elman Rüstəmovun gedişindən sonra devalasiyanın olma ehtimalı artacaq. Çünki o, uzun müddət siyasi hakimiyyəti manatın məzənnəsini sabit saxlamağın vacibliyinə inandıra bilmişdi.

E.Rüstəmovun fəaliyyətində əsas nöqsan bank sisteminin, valyuta rejiminin liberal olmaması ilə bağlı olub. Ancaq bunun səbəbini ölkə iqtisadiyyatının strukturunda axtarmaq lazımdır. Çünki ümumi iqtisadiyyatı liberal olmayan ölkələrdə bank sektorunun liberallaşması da mümkünsüzdür”.

Tarix
2022.04.11 / 22:52
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın mövqeyini yüksək qiymətləndiririk - Fələstin lideri

İsveçrə prezidenti Azərbaycan liderini təbrik etdi

İran və Azərbaycan daim bir-birinin yanındadır - Əliyev

TRİPP üzrə yekun saziş bu tarixdə imzalanacaq

Əsədov Mişustinlə telefon danışığı apardı

Pezeşkian İlham Əliyevə təşəkkür etdi

İspaniya Kralı İlham Əliyevi təbrik etdi

Trampdan Əliyevə: Bu, bizi ruhlandırır!

Makron İlham Əliyevi təbrik etdi

Dünya liderləri İlham Əliyevi təbrik edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla