Yuxarı

Bakı qlobal ticarətdə mühüm rol oynayır - Nauseda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı qlobal ticarətdə mühüm rol oynayır - Nauseda

Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır.

Axar.az xəbər verir ki, bunu Litva Prezidenti Gitanas Nauseda Azərbaycan-Litva biznes forumunda deyib.

"Mən ölkələrimiz arasında biznes əlaqələrini daha da möhkəmləndirmək üçün Azərbaycanın işgüzar dairələrini bu ilin ikinci yarısında Litvaya səfərə dəvət edirəm. İqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlarımız var. Görürəm ki, Azərbaycanın qlobal iqtisadiyyatda oynadığı rolu daha da artacaq və əslində, ölkə artıq çoxsaylı nailiyyətlərə imza atıb. Ukraynadakı müharibə qlobal ticarəti yenidən nizamlayır. Asiya ilə Avropanın kəsişdiyi məkanda yerləşən Azərbaycan qlobal ticarətdə ən mühüm rollardan birini oynayır və oynayacaqdır. Yaşıl iqtisadiyyat və innovasiyalarla bağlı məqsədlər sizin gələcək iqtisadi perspektivlərinizi və gücünüzü şərtləndirən əsas meyarlardır.

Mənim ölkəmin – Litvanın çoxsaylı təklifləri var. Litvada geniş maliyyə və vergi imtiyazlarına malik yeddi azad iqtisadi zona var. Rəqəmsal infrastrukturumuz sürətlidir və münasib tariflərə əsaslanır. O, Avropa İttifaqında ən yaxşılar sırasındadır. Lazımi şəkildə inkişaf etmiş şose və dəmir yolu xətləri, hava və dəniz nəqliyyatı ölkəmin digər üstünlüklərini təşkil edir", - G.Nauseda vurğulayıb.

Tarix
2022.05.18 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla