Yuxarı

Cavid Qurbanov: “Onlarla vidalaşmalı olacağıq…”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Cavid Qurbanov: “Onlarla vidalaşmalı olacağıq…”

Bu, cənab prezidentin qərarıdır, yəqin belə məsləhət görüb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin rəhbəri Cavid Qurbanov deyib.

C.Qurbanov Musavat.com-a geniş müsahibəsində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dəmir Yolları QSC-nin Nəqliyyat Nazirliyinin tabeçiliyindən çıxarılması haqda danışıb. Onun sözlərinə görə, bununla bağlı özü təklif irəli sürməyib.

Qurum rəhbəri QSC-yə gələcəkdə nazirlik statusu veriləcəyinin elə bir fərq etmədiyini söyləyib: "Prezident bizə bu sahəni tapşırıbsa, nazirlik olmadan da o tapşırığı can-başla yerinə yetirib dövlət başçısının etimadını doğrultmaq lazımdır".

C.Qurbanov qeyd edib ki, dəmir yolu özü pul qazanmalıdır: "Sadəcə, hazırda dünyada daşımaçılıqdan əldə olunan gəlirlər azalıb. Hardasa 30-40 faizə qədər enib gəlirlər.

Amma bu sahənin yenilənməsi lazımdır. Çalışmaq lazımdır ki, beynəlxalq yüklərin daşınmasında biz də iştirak edək. İpək yolu işə düşsün, Bakı-Tiflis-Qars dəmir yolu tezliklə açılsın. Bu sahədə işlər artıq yekunlaşmaq üzrədir. Şimal-cənub marşrutunun inkişafı ilə məşğul olmaq lazımdır. Yəqin ki, cənab prezident bunları nəzərə alıb və bu cür qərar qəbul edib".

QSC rəhbəri vaqon parkının yenilənməsindən, xidmətin artırılmasından tutmuş qatar bələdçilərinin sərnişinlərlə davranışına qədər, problemlərin olduğunu təsdiqəyib:

"Bu sadalananları mütləq etmək lazımdır. Mən buna təkcə bu struktura rəhbərlik edən məmur kimi yanaşmıram, həm də bir vətəndaş kimi yanaşıram. Nəinki sərnişindaşımada, bütövlükdə dəmir yolu sistemində köklü dəyişikliklər olmalıdır. Sürət artmalıdır, rahatlıq, komfort olmalıdır, vaqonların keyfiyyəti yüksəldilməlidir, bələdçi heyətinin xidmətində, davranışında müsbət dönüşə nail olunmalıdır".

C.Qurbanov bələdçilərə kurslar keçiriləcəyini açıqlayıb: "Bələdçilərə sərnişinlə mədəni davranışın yolları öyrədiləcək. Biz müəyyən kriteriyalara uyğun gəlməyən, kobud, mədəni səviyyəsi aşağı olan bələdçilərlə vidalaşmalı olacağıq".

Onun dediyinə görə, Bakı-Sumqayıt marşrutuna buraxılan qatarların başqa istiqamətlərə də hərəkəti nəzərdə tutulub.

C.Qurbanov nəqliyyat naziri təyin olunacağı haqda xəbərləri arada gəzən şayiə adlandırıb.

Tarix
2015.09.19 / 22:02
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

Xalq artistinin oğluna yüksək vəzifə verildi

ABŞ ifşa oldu: təyyarə gəmisinə ciddi ziyan dəyib - Foto

Azovda həlak olan azərbaycanlıların son sayı açıqlandı

Nəqliyyat Təlim Mərkəzinə direktor təyin edildi

XİN-dən vurulan gəmidəki vətəndaşlarımız barədə açıqlama

CNN-in Azərbaycanla bağlı böhtan məlumat yayması...

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Klintondan Heydər Əliyevə gözlənilməz zəng - Video

Azərbaycan XİN İsveçi təbrik etdi - Foto

İlham Əliyev İsveç Kralını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla