Yuxarı

Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vətən Müharibəsi Qəhrəmanı general rütbəsi aldı

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, “general-mayor” hərbi rütbəsi ilə təltif olunanlardan biri polkovnik Zaur İlham oğlu Zeynalovdur.

Əslən Salyan rayonundan olan 46 yaşlı Zaur Zeynalov Xüsusi Təyinatlı Qüvvələrin zabitidir. O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Bundan başqa, Z.Zeynalov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və başqa medallarla təltif olunub.

Tarix
2022.06.25 / 17:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Leyenin səfəri ilə bağlı - Video

İlham Əliyevlə Leyenin səmimi söhbəti - Video

İlham Əliyev və Leyen mətbuata bəyanat verdilər - Video

İlham Əliyevlə Leyenin geniş tərkibdə görüşü oldu

Leyendən Bakı səfəri ilə bağlı - Video

İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar

Biz Avropa Birliyi ilə çox fəal dialoqun şahidiyik - Əliyev

Azərbaycanda ildə 4 dəfə, Gürcüstan və Ermənistanda isə...

Azərbaycanla problemləri güc yolu ilə həll etmək... - General

Sülhə nail olunub - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla