Yuxarı

Satqınlar var, Bakı hər addımımdan xəbərdardır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Satqınlar var, Bakı hər addımımdan xəbərdardır

Hazırda danışıqlar gedir. Gəlin görək imkanlar nələrdir. Bildiyimə görə, Laçın və Sus sakinləri sosial proqramlar çərçivəsində təzminat alıblar. Biz Laçından yan keçməliyik. Ermənilərin bu yaşayış məntəqələrindən çıxarılması məsələsi bu gün müzakirə olunmayıb. Biz heç kimə deməmişik ki, Laçından çıxın, amma çətin ki, soydaşlarımız Laçında yaşamağa davam edə. Zabux ilə bağlı danışıqlarımızı və mübarizəmizi davam etdirəcəyik.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində yerləşdirilən rus sülhməramlıların himayəsində fəaliyyətini davam etdirməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyutyan deyib.

“Marşrutla bağlı Azərbaycan və Rusiyadan bir neçə təklif almışıq. Bütün təkliflər rədd edildi. Burada açmaq istəmədiyim sirlər var”, - deyə Arutyunyan bildirib.

“Ədalət” partiyasından olan deputat David Qalstyanın 9/10 noyabr bəyanatı ilə bağlı “Ermənistan tərəfi heç olmasa, bir bəndin icrasını dayandıra bilmir?” sualına Arutyunyan bu cür cavab verib:

“Biz bəyanatın 6-cı bəndini yerinə yetirməkdən imtina edə bilərik, lakin bunun nəticələrini müzakirə etməliyik. Mən də Laçından çıxmaq siyasətinə qarşıyam, amma 120 min insanımızın taleyini düşünməliyik. Təəssüflər olsun ki, ölkədə elə bir xain şəbəkə var ki, azərbaycanlılar hətta mənim kabinetdən çıxıb “parlamentə” nə vaxt gəldiyimi də bilirlər”.

Tarix
2022.07.01 / 14:57
Müəllif
Aygün Yaşar
Digər xəbərlər

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

İran “kritik 10 gün”dən sağ çıxdı: Yeni mərhələ başladı

Müctəbanın ilk müraciəti - İran öz yolunu seçdi

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu artdı

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

İran qalib gəlir? Bu yalana inanmamaq üçün... - Ekspert

Yeni cəbhə: İran gizli hücrələri hərəkətə keçirə bilər...

İsveçrə XİN rəhbəri Azərbaycana təşəkkür etdi

Daha bir ölkə Tehrandakı səfirliyini Bakıya köçürdü

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla