Axar.az
Yuxarı

Ermənilərin ATƏT PA-dakı bütün cəhdləri iflasa uğradı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dağlıq Qarabağ münaqişəsi və Minsk qrupunun” “dirçəldilməsi” və erməni terrorçularının dərhal azad olunması tələbi ATƏT Parlament Assambleyasında rədd edilib.

Axar.az xəbər verir ki, illik sessiyada erməni nümayəndə heyəti və ermənipərəst isveçli deputat Bjorn Soder tərəfindən müvafiq olaraq ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsi və Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihələrinə ölkəmizin maraqlarına zidd olan dəyişiklik irəli sürülüb.

Erməni nümayəndə heyətinin rəhbəri Eduard Ağacanyan tərəfindən irəli sürülmüş Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitənin Qətnamə layihəsinə “Dağlıq Qarabağ münaqişəsi”ni və “ATƏT-in Minsk qrupu”nu daxil etmək məqsədilə hazırladığı dəyişiklik müzakirəyə çıxarılıb.

Qeyd olunan düzəlişin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Azay Quliyev erməni nümayəndə heyətinin təklifinə tutarlı arqumentlərlə cavab verərək Assambleyanı müharibədən sonra mövcud olan reallığa zidd dəyişikliyi qəbul etməməyə çağırıb. Beləliklə, Ermənistanın təklifi səsə qoyulub, 27 səs əleyhinə, 12 səs lehinə olmaqla düzəliş rədd edilib.

ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə ümumi komitəsinin iclasının davamında ermənipərəst isveçli deputat Bjorn Soderin “saxlanılan erməni hərbçilərinin dərhal azad olunmasını Azərbaycandan tələb edən” təklifi, eləcə də mədəni irsin qorunması naminə UNESCO texniki missiyasının qəbul edilməsinə yönəlik çağırışı müzakirəyə çıxarılıb.

İsveçli deputatın təklifinə qarşı çıxan Azay Quliyev söz alaraq həbs edilmiş erməni hərbçilərinin müvafiq qanunvericiliyə uyğun olaraq cəzalandırıldığını, bununla bağlı Avropa İnsan Haqları Məhkəməsinin və Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının olduğunu, UNESCO-nun fəaliyyətinə ermənilər tərəfində süni əngəllərin yaradıldığını əsas gətirərək, ATƏT PA tərəfindən bu bəndin qəbul edilməsinin yanlış olacağını vurğulayıb. Nəticədə B.Soderin təklifi səsə qoyulub, 24 əleyhinə, 12 lehinə olmaqla rədd edilib.

Ermənistanın Azərbaycana qarşı qətnamə bəndinin qəbul edilməsi ilə bağlı etdiyi üçüncü cəhd də ATƏT PA-nın Demokratiya, insan haqları və humanitar məsələlər üzrə ümumi komitəsinin Qətnamə layihəsinin müzakirəsi zamanı edilib. Bu dəfə Ermənistan nümayəndə heyətinin üzvü Mariya Karapetyan yenə Dağlıq Qarabağa və münaqişənin mövcudluğuna istinad edən, erməni hərbçilərinin azad olunmasını özündə əks etdirən təklifi müzakirəyə çıxarılıb.

Ermənilərin təklifinə qarşı çıxan ATƏT PA-da Azərbaycan parlament nümayəndə heyətinin rəhbəri Azay Quliyev bu təklifin birtərəfli və əsassız olduğunu, hazırda Avropa İttifaqı tərəfindən aparılan üçtərəfli Brüssel danışıqlarında zəruri məsələlərin müzakirə edildiyini, bu kimi mövzuların ATƏT PA-nın Qətnaməsinə salınmasının zərərli olacağını əsas gətirərək Assambleya üzvlərini bu təklifi qəbul etməməyə çağırıb. Sonra M.Karapetyan tərəfindən hazırlanan düzəliş səsə qoyulub, 18 səs əleyhinə, 11 lehinə olmaqla rədd edildi.

Beləliklə, Böyük Britaniyanın Birminqem şəhərində işini davam etdirin ATƏT PA-nın illik sessiyanda Ermənistan tərəfindən Azərbaycan əleyhinə hazırlanan və təqdim olunan bütün düzəlişlərin və təkliflərin qarşısı qətiyyətlə alınıb.

Tarix
2022.07.04 / 23:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Putin dəvət etdi - Ərdoğan mühüm səfərə çıxır

İrəvan Bakının 25 avqust tələbini icra edə biləcək? - Açıqlama

Ermənilər Laçını yandırmağa hazırlaşır - Aleksanyan

Bakının ulduzu parlayır, maksimum çalışır... - Danielyan

Azərbaycanlılar səfirliyə hücumla bağlı Britaniyaya müraciət etdi

Ərdoğandan Qarabağdakı son vəziyyət barədə - Açıqlama

Ordumuzun nəzarətinə keçən yüksəkliklər – Xəritə

Buzduxun Ordumuz üçün strateji əhəmiyyəti – Ekspert

İrəvana gizli zəng edirdik, Bakı dərhal... – Satanovskidən şok

Əliyev və Paşinyan Brüsseldə görüşəcək

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla