Yuxarı

Qaribaşvili Nəbiyevlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaribaşvili Nəbiyevlə görüşdü

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bu ölkədə səfərdə olan Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyanın mətbuat xidməti məlumat yayıb.

Görüşdə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlıq və ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə olunub.

Tərəflər nəqliyyat və infrastruktur sahələrində əməkdaşlığın inkişafına diqqət yönəldiblər. Qeyd olunub ki, Gürcüstan hökumətinin prioritetlərindən biri ölkənin tranzit funksiyasının gücləndirilməsi və regional logistik habın yaradılmasıdır.

Görüşdə regional əhəmiyyətli infrastruktur layihələrə də toxunulub, Bakı-Tiflis-Qars dəmir yolu, Gürcüstan dəmir yollarının modernləşdirilməsi və Şərq-Qərb avtomagistralının inşası layihələrinin müzakirəsi aparılıb.

İki ölkə arasında ticari əlaqələr məsələsi ətrafında da fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, Azərbaycan son illər Gürcüstanın ən iri ticari tərəfdaşlarının ilk beşliyinə daxildir.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın iqtisadiyyat və dayanıqlı inkişaf naziri Levan Davitaşvili, “Gürcüstan dəmir yolları” SC-nin Baş direktoru David Peradze iştirak ediblər.

Tarix
2022.07.06 / 18:46
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla