Yuxarı

Səməd Seyidov yeni vəzifəyə seçildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səməd Seyidov yeni vəzifəyə seçildi

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası çərçivəsində qurumun Monitorinq komitəsinin (MK) iclası keçirilib və iclasın gündəliyində quruma sədr müavini vəzifəsinə seçkilər keçirilib.

APA-nın Avropa müxbirinin məlumatına görə, seçkilərdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yekdilliklə komitənin sədr müavini vəzifəsinə seçilib.

Toplantıdan çıxan Səməd Seyidov APA-ya açıqlamasında bunun Azərbaycana verilən etimadın göstəricisi olduğunu bildirdi. "Mən bu posta Avropa Mühafizəkarları fraksiyasının dəstəyi ilə təklif olundum. Eyni zamanda, bu mənim Monitorinq komitəsində uzun illər işimin nəticəidir. Bildiyiniz kimi, Serbiya üzrə məruzəçiyəm, 15 ildir MK-də fəaliyyət göstərirəm. Fikrimcə, bu Azərbaycana göstərilən etimadın göstəricisidir. Xüsusilə MK, çünkü Avropa ölkələrində seçkiləri müşahidə etmək AŞPA-nın öhdəliklərindən biridir".

Tarix
2015.09.28 / 20:52
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla