Yuxarı

Bu, Prezidentin xüsusi qayğısının daha bir sübutudur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, Prezidentin xüsusi qayğısının daha bir sübutudur

Cənab Prezidentimizin Birinci Qarabağ müharibəsi və 44 günlük Vətən müharibəsi iştirakçılarına ayırdığı diqqətin hamımız şahidi oluruq.

Bu sözləri Axar.az-a millət vəkili Fəzail Ağamalı Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmənin verilməsi haqda danışarkən deyib.

O bildirib ki, sözügedən sərəncam dövlət başçımızın Qarabağ uğrunda döyüşən, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından, qanından keçərək şəhid və qazi olan insanlarımıza göstərdiyi böyük dəyərdir:

“Prezidentimizin apardığı bu siyasət müharibə iştirakçılarına və onların ailələrinə verdiyi dəyərin bariz göstəricisidir. Bu bir daha onu sübut edir ki, İlham Əliyev Vətən üçün, dövlət üçün, Azərbaycanın bu günü və gələcəyi üçün döyüşən hər bir soydaşımızın, vətəndaşımızın yanındadır, onlara yüksək dövlət qayğısı göstərib, göstərir və bundan sonra da göstərəcək.

Düşünürəm ki, belə olduqda həm də Azərbaycan gənci Vətəninə daha böyük sevgi ilə, müqəddəs duyğularla yanaşacaq, bağlanacaq və xidmət edəcək. O igidlər Vətənə sadəqətin əvəzini hər zaman hiss edəcəklər.
Atılmış addıma görə cənab Prezidentimizə böyük təşəkkürümüz var”.

Tarix
2022.08.04 / 08:00
Müəllif
Zaira Akifqızı
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla