Yuxarı

Bu, Bakının gücünü göstərir - Kürşad Zorlu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsindən sonra ortaya çıxan yeni geosiyasi reallıq yalnız Qafqaz üçün deyil, eyni zamanda beynəlxalq sistemin gələcəyi baxımından mühümdür. Ona görə də 10 noyabr üçtərəfli bəyanatının bütün maddələri qeyd-şərtsiz yerinə yetirilməlidir.

Bu sözləri Axar.az-a Laçının ölkəmizin nəzarətinə keçməsi haqqında danışan Türkiyənin Hacı Bayram Vəli Universitetinin professoru Kürşad Zorlu deyib.

Alim Laçın dəhlizinin də qısa müddətdə Azərbaycanın nəzarətinə keçməsinin Bakının sərgilədiyi siyasi iradənin nəticəsi olduğunu qeyd edib:

“Laçın və Laçın dəhlizi ilə bağlı bəyanatın 6-cı maddəsi var. Azərbaycan sözügedən maddəyə görə, öz öhdəliyini yerinə yetirərək Laçın dəhlizinə alternativ yolu qısa müddətdə inşa etdikdən sonra Moskvadan rus sülhməramlılarının yeni yola keçməsini tələb edib. Eyni zamanda yenə humanistlik göstərərək, qanunsuz yerləşdirilən ermənilərin oradan köçməsi üçün vaxtı 25 avqustadək uzadıb. Bakının verdiyi vaxt artıq bitir və bu gün biz rus sülhməramlılarının yeni yola keçmək üçün postları sökməsi və ermənilərin Laçın rayonunu, Zabux və Sus kəndlərini tərk etməsi haqqında görüntüləri izləyirik”.

Alim Ermənistanın beynəlxalq aləmi yanıltmaq üçün fəaliyyətinə davam etdiyini, lakin Azərbaycanın başladığı işi mütləq şəkildə sona çatdıracaq gücə və qətiyyətə sahib olduğunu vurğulayıb:

“Azərbaycanın sülhə istiqamətlənmiş müsbət addımlarına baxmayaraq, Ermənistan beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün çalışır. İrəvan Suriya, Livan və başqa ölkələrdəki ermənilərə yalan vədlər verərək onları Laçında, Zabux və Sus kəndlərində məskunlaşdırıb. Bu qanunsuz məskunlaşdırma beynəlxalq hüquqi məsuliyyət doğuran müharibə cinayətidir. İndi ermənilərin qanunsuz yerləşdikləri Azərbaycan torpağından göndərilməsini görüb “kədərlənən” bəzi beynəlxalq təşkilatlara səslənmək istərdim: Siz Ermənistan Laçını işğal edəndə oradan zorla çıxardılan soydaşlarımızın bir gün geri qayıdacağını düşünmədinizmi? O zaman harda idiniz? İndi Azərbaycan dövləti otuz il bundan öncə öz yurdundan didərgin salınan vətəndaşlarınının geri qayıtması üçün hazırlıq görür.

Ermənistanın digər işğal etdiyi bölgələrdə etdiyi kimi, tarixi və mədəni abidələri qarət etdiyini, məscidləri, hətta ölmüş insanların məzarlarını belə dağıtdığını görürük. Bəzi tarixi əsərlərin müxtəlif ölkələrdə auksiyonlarda satıldığı haqqında məlumatlar da var. Hətta bununla əlaqədar Avropa Məhkəməsi “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə qərar qəbul edib. Azərbaycan bəhs etdiyimiz cinayətlərə görə Ermənistanın beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində fəaliyyətini davam etdirməli və gücləndirilməlidir.

Sonda onu demək istəyirəm ki, nə baş verəcəyini yaşayıb görəcəyik. Amma Azərbaycanın iki məsələdə qətiyyətlə hərəkət edəcəyini əminliklə deyə bilərik: birincisi, digər işğaldan azad olunan bölgələrdəki kimi, Laçın da yenidən inşa ediləcək; ikincisi isə Azərbaycan öz vətəndaşlarının mütləq şəkildə doğma yurdlarına qayıtmasını təmin edəcək”.

Tarix
2022.08.25 / 08:00
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Səttar Möhbalıyev vəzifədən gedərkən nə istəyib?

UNFCCC-nin texniki missiyası COP29-a görə Bakıda - Foto

Mehriban Əliyevadan Zəkiyevlə bağlı paylaşım

Bu fikirlər qurumun rəsmi mövqeyi sayılmamalıdır - Hüseynova

COP29-a hazırlıq nə yerdədir? - Nazir müavini

Azərbaycan XİN Braziliyanı təbrik etdi

Ağardan Zəngəzur açıqlaması: İranın qorxusu...

İlham Əliyev 2 fərman imzaladı

Hərbçilərə verilən kreditlərə maliyyə dəstəyi göstəriləcək

İrandan Zəngəzur dəhlizinə qarşı növbəti bəyanat

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla