Yuxarı

İranın Azərbaycanı qarşı xəbis niyyəti

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Naxçıvan bizim “Axilles dabanımızdır”, tamamilə İrana birləşdirilməlidir”.

İranın nüvə danışıqları üzrə nümayəndə heyətinin keçmiş üzvü, İtaliyadakı keçmiş səfiri Əbülfəzl Zuhtəvənd belə deyir.

Bir neçə gün öncə Ə.Zuhtəvəndə aid olduğu deyilən səs yazısı yayılıb. Səs yazısında Zuhtəvəndin Azərbaycan və Türkiyəyə aid kifayət qədər açıq, həm də İranın gerçək niyyətini ortaya qoyan fikirləri yer alır.

Zuhtəvəndi deyir:

- Türkiyə ilə strateji müttəfiqliyi, hətta strateji ortaqlığı düşünə bilmərik;

- Cənubi Qafqaz bizim “təsir dairəmizdir”;

- Azərbaycan qorxulu fenomendir və bizim üçün potensial təhdiddir;

- Naxçıvan tamamilə İrana ilhaq edilməlidir, Naxçıvan bizim “Axilles dabanımız”dır;

- Türklər Zəngəzuru almaq, bizim Ermənistanla olan bir neçə kilometrlik sərhədimizi də kəsmək istəyirlər, bu məsələdə Xamenei xəbərdarlıq etdi, lakin türklər belə xəbərdarlıqları çox da diqqətə almazlar;

- Ermənilər İranın müttəfiqidir, tarix boyunca belə olub;

- Azərbaycan deyə bir yer yoxdur, azərbaycanlılar İran azəriləridir (burada “azəri” kəlməsi Kəsvərinin “farsdan dönmə” iddiasının davamı olaraq səslənir);

- Azərbaycan yenidən İrana birləşdirilməlidir, ilhaq edilmədiyi müddətdə xərçəng kimi İranın başına bəla olacaq.

Zuhtəvəndinin dediklərini şəxsi fikri kimi təqdim edə bilərlər, yaxud İran çətinə düşəndə “rəsmi mövqeyimiz deyil” iddiasından çıxış edə bilər, hərçənd, Tehranın Azərbaycan siyasəti fonunda cənub qonşumuzun gerçək niyyətinin məhz bu olduğu şübhəsizdir. Hələ 90-cı illərdə Xamenei “kiçik böyüyə birləşməlidir” tezisindən çıxış edir, Azərbaycanın İrana birləşdirilməsi iddiasını aktuallaşdırırdı. Cənubdan Azərbaycana qarşı həyata keçirilən siyasətin təməlində də həmişə bu dayanıb.

Zuhtəvənd adi diplomat deyil, Xameneinin siyasi müşavirlərindən biridir, həmçinin, Qüds birliyində düşüncə mərkəzində çalışır və İranın siyasətinin müəyyənləşməsində iştirak edir. Onun fikirləri əslində İran rejiminin Azərbaycana qarşı məkrli siyasətinin gerçəklərini göstərir.

Tarix
2022.08.27 / 08:30
Müəllif
Asif Nərimanlı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla