Yuxarı

Qüdrət Həsənquliyev “kiçik yaşıl adamları” göstərdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qüdrət Həsənquliyev “kiçik yaşıl adamları” göstərdi

NATO-nun Ermənistanının işğalçılıq siyasətinə düzgün siyasi qiymət verə bilməməyinin əsas səbəbi Avropa və ABŞ-dakı güclü erməni lobbisinin olmasıdır.

Axar.az xəbər verir ki, Azərbaycan Milli Məclisinin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev Assambleyada çıxışı zamanı PA Siyasi Komitəsinin baş məruzəçisi Ojars Kalninsin Rusiya və Avroatlantik təhlükəsizliyə dair hesabat layihəsini şərh edib.

Qüdrət Həsənquliyev bildirib ki, sənədin 33-cü bəndinə əsasən, Rusiya həll olunmamış Dağlıq Qarabağ münaqişəsini regionda öz təsirini artırmaq məqsədilə istifadə etməkdə davam edir:

"Görünür, rəsmi Moskva mövcud status-kvonun saxlanılmasına üstünlük verir və münaqişənin həllinə bir o qədər də maraq göstərmir".

Hesabat layihəsinin 34-cü bəndində bildirilir ki, "Ermənistan həmçinin çoxvektorlu siyasətini davam etdirir və bütün müvafiq regional və beynəlxalq oyunçular arasında daha sıx əməkdaşlığın Cənubi Qafqazda sabitlik üçün əsas şərt olduğunu anlayır".

Qüdrət Həsənquliyev bildirib ki, hesabatda regionda kimlərin Rusiyanın siyasətinə xidmət etdiyi qeyd olunmayıb.

"Ermənistan Rusiyanın Ukrayna ərazisinin işğalı zamanı istifadə etdiyi "kiçik yaşıl adamlar" strategiyasından artıq Dağlıq Qarabağda istifadə edib. Bugünkü Ermənistan siyasi elitasının əksəriyyəti Rusiyanın işğal olunmuş ərazilərdə müharibə aparan və dinc əhaliyə qarşı cinayətlər törədən kiçik yaşıl adamlarıdır. Bu gün Ermənistan liderləri Azərbaycanın Xocalı şəhərində törətdikləri soyqırımı və 1 milyon azərbaycanlıya qarşı apardıqları etnik təmizləmə siyasətini özlərinin qəhrəmanlığı kimi qələmə verirlər. Erməni siyasətçiləri, o cümlədən Rusiya tərəfindən idarə olunan prezident utanmadan beynəlxalq hüquqa məhəl qoymayaraq Dağlıq Qarabağın Ermənistanın ayrılmaz hissəsi olduğunu bəyan edir. Hesabatda qeyd olunduğu kimi, Ermənistan Rusiyanın Ukraynaya qarşı təcavüzkar siyasəti ilə bağlı sadəcə səssiz qalmadı, həm də bu işğalçılıq siyasətini dəstəkləyərək Şimali Koreya və Venesuela da daxil olmaqla dünyanın 11 dövləti ilə birlikdə BMT Baş Assambleyasının "Ukraynanın ərazi bütövlüyü" adlı 2014-cü il 27 mart tarixli qətnaməsini dəstəkləmədi. Azərbaycan torpaqlarını işğal etməsinə və Rusiyanın işğalçı siyasətinə xidmət etməsinə baxmayaraq, Ermənistan heç bir beynəlxalq sanksiyaya və ya cəzaya məruz qalmayıb", - deyə Qüsdrət Həsənquliyev qeyd edib.

O hesab edir ki, məruzəçinin mono-etnik Ermənistanının işğalçılıq siyasətinə düzgün siyasi qiymət verə bilməməyinin əsas səbəbi Qərbdə artmaqda olan islamofobiya, Avropa və ABŞ-dakı güclü erməni diasporu və lobbisi, Azərbaycan əhalisinin əksəriyyətinin müsəlman olmasıdır.

Qeyd edək ki, Qüdrət Həsənquliyevin çıxışından sonra Türkiyənin NATO PA-dakı təmsilçiləri Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini və bu işğala son verilməsinin vacibliyini çıxışlarında vurğulayıblar.

Tarix
2015.10.10 / 22:02
Müəllif
Axar.az
Digər xəbərlər

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

Azərbaycan buna sadiqliyini bir daha təsdiqləyir!

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla