Yuxarı

Laçınlılar nə vaxt geri qayıda biləcək? - Prezident elan etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışı zamanı deyib.

"Bu gün Murov dağından buraya gələrkən, bu gözəl dağlara baxarkən bir daha görürəm ki, bizim Vətənimiz nə qədər gözəldir. Murov dağından, bax, Laçın şəhərinə qədər 12 tunel tikilir, təsəvvür edin, təkcə bu istiqamətdə. Mən hələ Füzuli-Şuşa istiqamətini, digər istiqamətləri, Horadiz-Ağbənd istiqamətini demirəm. Ancaq Murov dağından Laçın şəhərinə qədər 12 tunel tikilir. Bu tunellərin ümumi uzunluğu 17,5 kilometrdir. Onların içində ən böyüyü – Murovdağ tuneli 12 kilometr uzunluğundadır. Yəni, mən indi bir neçə saat yol gəlmişəm. Amma gün gələcək, - o gün uzaqda deyil, iki ilə, maksimum iki il yarıma, - çox rahatlıqla Göygöldən Murov dağının altı ilə insanlar gəlib burada quracaqlar, yaşayacaqlar. Eyni zamanda, Qubadlı-Laçın avtomobil yolunun inşası ilə bağlı göstəriş verilibdir. Biz Horadiz-Zəngilan-Qubadlı avtomobil yolunun inşası ilə məşğuluq. Göstəriş vermişəm, Qubadlı-Laçın avtomobil yolu da dördzolaqlı inşa ediləcək. Yəni, bu yol əsasdır", - İlham Əliyev bildirib.

Prezident qeyd edib ki, elektrik enerjisi ilə bağlı dərhal buraya mütəxəssislər ezam edilib:

"Laçının elektrik təsərrüfatına baxış keçirildi, lazımi tədbirlər görüldü, generatorlar gətirildi. Güləbird Su Elektrik Stansiyasından, - hansı ki, biz qısa müddət ərzində inşa etmişik, - buraya xətlər çəkiləcək və beləliklə, elektrik enerjisi ilə burada heç bir problem olmayacaq.

Şəhərin vaxtilə - 1980-ci illərdə tərtib edilmiş Baş Planı vardır. Bu, indi təhlil edilir, əlavələr olunacaqdır və Laçın şəhərini biz bərpa edəcəyik. Ümid edirəm ki, laçınlıların birinci qrupu Laçın şəhərinə gələn ilin sonuna qədər qayıda bilərlər. Mən buna ümid edirəm və əlimdən gələni edəcəyəm ki, biz buna nail olaq, tezliklə Laçın şəhərini bərpa edək. Biz bütövlükdə Laçın rayonunu və bütün başqa rayonları bərpa edəcəyik".

"ndi Azərbaycan xalqı görür ki, biz nəyə qadirik. Görür ki, biz müharibədə də qələbə qazanırıq, həyatda da qələbə qazanırıq və bizi güclü edən xalqın iradəsidir, xalqın birliyidir. Müharibədə də Zəfərimiz xalqın birliyi nəticəsində olmuşdur. Bu gün quruculuq-abadlıq işlərini apararkən bizi gücləndirən xalqın iradəsi, dəstəyidir.

Bir daha demək istəyirəm, fəxr edirəm ki, Laçın şəhərinin mərkəzində milli bayrağımızı ucaltdım. Bu bayraq burada əbədi dalğalanacaq! Biz burada əbədi yaşayacağıq! Yaşasın Laçın! Yaşasın Azərbaycan!", - Ali Baş Komandan əlavə edib.

Tarix
2022.09.21 / 19:01
Müəllif
Axar.az
Digər xəbərlər

O, məni şərləyəndə Bəylər Əyyubov prezidentə demişdi ki...

Rusiyadakı qadın təşkilatlarına və cəmiyyətlərə müraciət

Türk mediası Rusiyadakı zorakılığı göstərdi - Video

Rusiyada öldürülən qardaşlar: ekspertizanın nəticəsi...

Ərdoğandan Azərbaycana növbəti təşəkkür

Bakıya gələn “Ruptly”nin redaktoru saxlanıldı – Təcili

Bakıda Rusiyanın Mədəniyyət Mərkəzi bağlanıb?

Yekaterinburqdakı qətllə bağlı bəyanat yayıldı

Rusiya "tarixi iddialara" əsaslanır, postsovet ölkələrinə qarşı...

Paşinyan Kallasla görüşdü, sülh prosesindən danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla