Yuxarı

Əliyev bu gün elan etdi: Buna imkan verməyəcək!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev bu gün elan etdi: Buna imkan verməyəcək!

Əliyev elan etdi ki, Qarabağ regionunda yaşayan erməni əhalisi bizim vətəndaşlarımızdır və biz onların həyatını necə qaydaya salacağımızı heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik.

Prezident Xankəndidəki ermənilərlə bağlı bu mövqeyi dəfələrlə dilə gətirib, indi yenidən xatırlatması, xüsusilə “heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik” kontekstində vurğulaması səbəbsiz deyil.

Ermənistan “Bakı və Xankəndi” formatını dilə gətirir və proseslər göstərir ki, bu qondarma format ideyası təkcə İrəvanın yox, həm də Bakıya təzyiq kartı kimi istifadə etmək istəyənlərin ideyasıdır: Nikolun bunu ilk dəfə Makronla görüşdə dilə gətirməsi də bunu təsdiq edir.

Mümkündür ki, Qərbin təşkil etdiyi son təmaslarda bu məsələ də irəli sürülüb və Əliyev açıq şəkildə “müzakirə mövzusu olmayacaq” mesajını verir.

Sabah Praqda dördtərəfli görüş – İlham Əliyev, Şarl Mişel, Makron və Paşinyan – keçiriləcək. Bu görüşdə Paşinyan və Makronun Xankəndidəki ermənilər, Bakının onlarla “tərəf” kimi danışması məsələsini gündəmə gətirə biləcəyi istisna deyil. Prezidentin Qarabağda yaşayan ermənilərlə bağlı mesajı bu görüşə də hesablanıb və görüş öncəsi belə bir mövzunun müzakirəsinə belə razılıq verilməyəcəyini elan edir.

Tarix
2022.10.05 / 23:26
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistan çobanı Azərbaycana qaytarır

Ərdoğanın Əliyevə zənginin şifrələri...

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla