Yuxarı

Sabiq nazirin işində xalq artistinin qohumu danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan prosesdə şahid qismində Rasim Qocayev ifadə verib.

O bildirib ki, Binəqədi Gənclər Şəhərciyində tikilən binaların tikintisi ilə məşğul olan şirkətin kommunal nəzarət şöbəsinə rəisi olub. Şahid qeyd edib ki, mənzillərin tikərək sahiblərinə təhvil veriblər.

Hakim qeyd edib ki, dövlət büdcəsindən 4 milyon 577 min manat vəsait Rasim Qocayevin də olduğu şirkətin balansına köçürülüb. Şahid deyib ki, məbləğ dəqiq yadında deyil, mənzillərin satılmasına Rafael Cəbrayılov (keçmiş deputat), qardaşı Elşən Cəbrayılov nəzarət ediblər. Həmin dövlət büdcəsindən ayrılan məbləğləri də onlar dəqiq biliblər: "Mən binanın kommunal işlərinə baxırdım. Maliyyə işləri ilə məşğul olmurdum".

Şahidin sözlərinə görə, 2015-ci ildə 46 ev, sonrakı illərdə isə 15 və 81 mənzil təmir edərək sahiblərinə təhvil veriblər.

Digər şahid Namiq Məmmədov isə deyib ki, şirkət yaradıb və nazirliyin tenderlərində iştirak edib. Ağstafa, Xaçmaz və Kürdəmir rayonlarında 23 fərdi ev tikiblər. Sonradan Maliyyə Nazirliyinin yoxlanılması zamanı 52 min manatlıq çatışmazlıq yaranıb və həmin vəsaiti dövlət büdcəsinə ödəyib.

Daha bir şahid Qabil Mustafayev bildirib ki, özünün və qohumlarının adına şirkətlər yaradıb, nazirliyin elan etdiyi tenderlərdə iştirak edib, qalib olub. Müqaviləyə əsasən Gədəbəy və Göygöldə müharibə əlilləri üçün 5 ev tikib.

Şahid qeyd edib ki, nazirliyin tikilməkdə olan obyektlər şöbəsinin rəisi Natiq Əzizova hər ev üçün 5 min manat verib.

Şahid bildirib ki, sonradan Maliyyə Nazirliyinin yoxlaması zamanı 23 min 493 manat çatışmazlıq yaranıb: "Mən Maliyyə Nazirliyinin yoxlanılmasınl qəbul etmirəm. Bu yoxlamalar qərəzli olub. Biz özümüzdən də pul xərcləmişik. Misal üçün, qeyd edə bilərəm ki, Çanaqçı kəndində bir mənzil çəkiliş üçün içərisi əşyalarla təmin olundu. Mağazadan mebel və digər əşyalar gətirərək evi bəzədik. Amma bu smeta dəyərində yox idi. Bu, görüntü üçün idi. Natiq Əzizovun tapşırığı idi. Çəkilişdən sonra mebelləri götürmək istəyəndə Qarabağ iştirakçısı üstünə benzin tökdü, mebelləri götürməyimizə imkan vermədi. Buna görə də mənə 10 min manat ziyan dəymiş oldu. Bunu Natiq Əzizova dedim. Dedi ki, sənədləşdirəcəm, sənə dəymiş ziyan ödəniləcək. Amma dəymiş ziyan ödənilmədi".

Şahid Asif Səfərov deyib ki, "Titanik 2014", "Vinera 2014" MMC-ləri təsis edib və tenderlərdə iştirak etmək üçün Natiq Əzizova müraciət edib. Onun sözlərinə görə, Daşkəsən rayonunda 3 fərdi ev tikərək sahiblərinə təhvil verib. Bu işə görə Natiq Əzizova 6 min manat verib.

Daha sonra xalq artisti Zeynəb Xanlarovanın qohumu, nazirliyin daxili nəzarət şöbəsinin müdir müavini işləmiş Nizami Xanlarov ifadə verib.

O bildirib ki, hər illik plan üzrə şöbə və müəssisəllərdə yoxlamalar aparılıb. Yoxlamalar zamanı aşkar olunan nöqsanlarla bağlı protokol yazılıb: "Sonradan nöqsanlar aşkarlanan şöbə və müəssisə müdirləri mənə müraciət edib, nöqsanların aradan qaldırılması üçün özləri mənə pul təklif ediblər. Mən də aldığım pulları şöbənin müdiri Soltan Hacıyevə xidməti otağında vermişəm".

Sulları cavablandıran şahid deyib ki, tərəflərdən kiminsə pulunu geri qaytarılması halı baş verməyib: "Kimdən nə qədər pul alınması, ümumi məbləğin nə qədər olması barədə yadımda heç nə qalmayıb. İşdən çıxandan sonra işsiz qaldım. Buna görə də stress keçirdim, məndə yaddaş pozğunluğu yaranıb".

Nizami Xanlarov ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyib, orada alınan rüşvətlə bağlı göstəridklərinin düzgün yazıldığını deyib.

Daha sonra ifadə verən şahid Namiq Şəmiyevin sözlərinə görə, qardaşı Dövlət Sosial Müdafiə Fondunun Şəki rayonu üzrə müdir müavini işləyib. O bildirib ki, nazirliyin aparat rəhbəri olmuş Əjdər Cəbiyev onun qardaşında 115 min manat alıb:

"Birinci dəfə qardaşım Əjdər Ola 40 min manat verib. Daha sonra yenə 40 min, sonda isə 35 min manat verib. Sonuncu iki məbləği qardaşım mənim yanımda Əjdər Ola təqdim edib. Bundan sonra qardaşımdan əsəb-stress yarandı, rəhmətə getdi. Bu hadisələrdən sonra Səlim Müslümovla görüşmək istədim. Amma görüşümüz alınmadı. Əjdər Ol da əvvəllər mənə deyirdi ki, şikayət etməyin, hər şey qaydasında olacaq, narahat olmayın, pulunuzu qaytaracam. Lakin sonradan Əjdər Ol işdən çıxdı. Bundan sonra onunla görüşmək istədik. O bizi təhqir etdi".

Növbəti proses dekabrın 12-də davam edəcək.

Tarix
2022.12.05 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla