Yuxarı

Tehran Borçalıda Bakıya təxribat hazırlayır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran islam dövləti deyil. İslamı həm burda, həm Borçalıda, həm də Güneydə soydaşlarımız yaşayırlar. İran din pərdəsi altında əslində fars şovinizmini təbliğ edir. Tehran rejimi müqəddəs dinimizi gözdən salmaq üçün bir vasitədir. Rəsmi Tehran sözügedən məsələdə boşluq olan yerlərə rahat şəkildə daxil ola bilir. Əfsuslar olsun ki, ölkəmizdə də belə oldu. Məscidlərimiz onların nümayəndələrinin ofisinə çevrildi, istədiklərini danışdılar və özlərinə uyğun şəkildə fars şiəçiliyini təbliğ edərək müəyyən mənada öz istəklərinə nail oldular. Borçalıda da eyni proseslər baş verdi.

Bu sözləri Axar.az-a Borçalıda İranın apardığı şovinist siyasət haqqında danışan Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli deyib.

Sədr dini siyasətdə buraxılan səhvlərin və sosial durumun çətinliyinin İran təbliğatına meydan açdığını qeyd edib:

“Yəni ölkəmizdə dini siyasətin düzgün qurulmaması İranın soydaşlarımız yaşayan müxtəlif yerlərdə də təbliğat aparmaq yolu ilə öz strateji maraqlarına xidmət edəcək insan kütləsi yetişdirməsinə səbəb oldu. Buna birbaşa Azərbaycanın dini siyasətini həyata keçirən qurumlar məsuliyyət daşıyır. Hazırda İranın əsl mahiyyəti tamamilə açılır. O, dini təəssübkeşlikdən tamamilə uzaq şəkildə xristian təəssübkeşi kimi, onlarla mütəffiq kimi davranır. Hədəf Azərbaycan, Türkiyə, türk milləti və qardaşlığımızdır. Borçalıda da “fars şiəçiliyi”nin geniş təbliği, məzhəb qarşıdurmasına aparan yolların açılması, sosial vəziyyətləri zəif olan soydaşlarımızın çətinliklərini fürsət bilib onları təşkilatlandırmaları, dini tədris bəhanəsi ilə Qum və Məşhəd şəhərlərinə aparmaları, ayrı-ayrı yerlərdə kütləvi tədbirlərin keçirilməsi və s. fəaliyyətlərin hamısının əsas məqsədi, hədəfi diqqəti İrana, xomeyniçiliyə yönəltməkdir. Əfsus ki, dini siyasətdə buraxılan səhvlər nəticəsində insanlarımız bu təbliğata uyurlar. İran dövlətinin adındakı islam sözü də burada müəyyən cazibə qüvvəsi yaradır”.

Zəlimxan Məmmədli mənəvi körpü roluna və Azərbaycan ilə Türkiyəni birləşdirən strateji boru kəmərlərinin Borçalıdan keçməsinə görə bölgənin hədəfə çevrildiyini vurğulayıb:

“Bəs niyə Borçalı da İranın əsas hədəfləri arasındadır? Çünki Türkiyə ilə Azərbaycanı birləşdirən önəmli strateji boru kəmərlərinin hamısı Borçalıdan keçir. Borçalı həm də ölkələrimiz arasında mənəvi körpü rolunu oynayır. İran da bununla Türkiyə ilə strateji əlaqələrimizi, həmin mənəvi körpünü hədəf alır. Mən Borçalıdakı soydaşlarımızın İran təbliğatı ilə uzun müddət içərisində tamamilə antiazərbaycan, antitürkiyə əhval-ruhiyyəsində köklənəcəyinə inanmıram. Çünki genetik və tarixi yaddaş var, bunlar da öz işini görəcək. Borçalıda İran tərəfindən istifadə olunan əsas məsələ əhalinin sosial durumudur. Təəssüflə qeyd etmək istəyirəm ki, hazırda Azərbaycanın əmək bazarı Borçalı camaatının üzünə bağlanıb. Borçalılar indi Azərbaycan üçün əcnəbi statusundadır. Lakin biz təşkilat kimi soydaşlar haqqında qanunun qəbul olunması məsələsini qaldırmışıq, dini siyasətlə bağlı iradlarımızı bildirmişik, təkliflərimizi paket halında təqdim etmişik. Mən şəxsən Şeyximizin qəbulunda olmuşam. Ancaq dəyişiklik yoxdur. Bölgədə olan İranın beşinci kolonu, Rusiyanın beşinci kolonu, PKK-nın törəmələri, erməni xətti, o cümlədən bəzi şovinist gürcü dini mərkəzləri antitürk siyasəti ilə bağlı ortaq bir layihə işlədirlər”.

Təşkilat sədri problemin aradan qaldırılması yollarından da danışıb:

“Bundan sonra dövlətimiz ölkə sərhədlərindən kənarda yaşayan azərbaycanlılarla, türklərlə bağlı siyasətinə ciddi korrektələr etməlidir. Cənab İlham Əliyev də bunu Türk Dövlətləri Təşkilatının Zirvə Toplantısında vurğuladı. Biz strateji müttəfiqimiz Gürcüstanla daha sıx əməkdaşlıq və həqiqi dinin, peyğəmbər yolunun təbliği yolu ilə tədricən İranın Borçalıdan ayağının kəsilməsinə nail olmalıyıq və bu, mütləq olacaq. Çünki indiki məqamda Azərbaycan, Türkiyə və Gürcüstanı sıx müttəfiqlik əlaqələri birləşdirir. Artıq hərbi, strateji və iqtisadi münasibətlər ən yüksək səviyyədədir. Yəni bizim gələcəyimiz eynidir və ona görə də bir-birimizin maraqlarımızı qorumağa məhkumuk. Təhsilin səviyyəsinin artırılması, sosial durumun yaxşılaşdırılması və cahilliyə yol açan mərkəzlərin bağlanması ilə əlaqədar ciddi korrektələr edilməlidir. Ortaq universitetlərimiz qurulmalıdır, orta təhsilin səviyyəsi yüksəldilməlidir, Azərbaycandakı universitetlər Gürcüstandakı soydaşlarımızın üzünə açıq olmalıdır. Fikrimcə, sadaladığımız bu və digər layihələr həyata keçirilsə, Borçalı Türkiyə, Azərbaycan və Gürcüstan arasında mənəvi körpü kimi daha da güclənər, İranın din pərdəsi altında apardığı fars millətçiliyi siyasətini tez zamanda oradan sıxışdırıb çıxara bilərik”.

Tarix
2022.12.07 / 14:22
Müəllif
Söhrab İsmayıl
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla