Yuxarı

İlham Əliyev yeni idarəetmə modeli tətbiq edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətən müharibəsində qazandığımız qələbə ölkəmizin bütün həyatında, o cümlədən idarəetmə sistemində mühüm dəyişikliklərə yol açdı.

Bu sözləri Axar.az-a İlham Əliyevin 10 yanvarda televiziya kanallarına müsahibəsi zamanı yeni idarəetmə modeli haqqında səsləndirdiyi fikirlər haqqında danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.

Millət vəkili bunun təməlində ölkə rəhbərinin prosesə hərtərəfli baxışının olduğunu bildirib:

“Bizim qarşımızda yeni təcrübələr açılmaqdadır. Ölkəmizin ərazi bütövlüyünü, qanunlarını qəbul edən, cinayət törətməmiş ermənilər vətəndaşlıq alıb yenə Xankəndidə yaşamağa davam edə bilər. Burada onlara görə hansısa bir dəyişiklik nəzərdə tutulmur. Amma Qarabağda aqrar islahatlardan, alternativ enerji sektorundan, idarəçilik sisteminin təşkilindən infrastruktur layihələrinədək hər şey yeni olacaq. Düşünürəm ki, Prezidentin yeniliklərin ölkə miqyasında tətbiqi haqqında səsləndirdiyi fikirlərin təməlində məsələyə çoxşaxəli baxış dayanır”.

Zahid Oruc qeyd edib ki, yeni idarəetmə modeli və digər islahatların təməli Qarabağda atılır:

“Bizim Qarabağda hansısa layihələrdə korrupsiyaya yol verməyə, cinayətlərin törədilməsinə imkan yaratmağa, hadisələrə formal yanaşmağa, yaxud da Qayıdış zamanı gələcəkdə düşmənin istifadə edə biləcəyi kobud səhvlər etməyə haqqımız yoxdur. Çünki biz son otuz ildə çox böyük məhrumiyyətlərə dözərək, şəhidlər verərək, xalq və dövlət olaraq birlik nümayiş etdirərək, Ali Baş Komandanın rəhbərliyi altında Şanlı Qələbə qazanmışıq. Biz yüz, iki yüz il öncə yol verilən səhvləri təkrarlaya bilmərik. Bu, həm də idarəetmə məsələlərində özünü göstərməlidir. Xüsusi nümayəndəlik modeli indiki gerçəklikdə uğurla çalışmaqdadır və əminik ki, bu Xankəndidə də, Xocavənddə də geniş mənada tətbiq olunacaqdır. Ölkə rəhbərinin yaxın gələcəkdə atacağı konstitusion addımlar və verəcəyi qərarlarla xüsusi nümayəndəliyi icra hakimiyyətlərinin, yaxud başqa idarəetmə orqanlarının alternativi kimi nəzərdə tutması məsələsi daha aydın olacaq”.

Millət vəkilinin sözlərinə görə, Prezidentin televiziya kanallarına müsahibəsi yalnız sual-cavab şəklində təşkil olunan açıqlama deyil, dövlətin kursu, gələcəyə baxışı kimi dəyərləndirilməlidir:

“Qarabağ vaxtilə bizim zəif nöqtəmiz idi, zəif bənd idi. İndi onu güclü yerə çevirmək lazımdır. İqlim və relyef şəraiti sərt olan ərazilərdə yeni ordu modelləri tətbiq olunmaqdadır. Bu, Silahlı Qüvvələrimiz üçün də fərqli bir çağırış yaradır. Təhsil və səhiyyəmizdə, eyni zamanda həyata keçirilən enerji layihələrində, dağ-mədən sənayesi sahəsində biz elə mühüm məsələlərdən danışa bilərik ki, həmin mövzularda tətbiq olunan və olunacaq yeniliklərin əhəmiyyəti hamı tərəfindən şübhəsiz qəbul ediləcək. Buna ehtiyacımız var.

Hesab edirəm ki, biz Qarabağdakı quruculuğu ümumxalq simvoluna çevirmək istəyən bir liderin baxışlarından danışırıq. Atılan addımlar böyük strateji əhəmiyyət daşıyır və biz yaxın gələcəkdə onun real tətbiqi sahələrindən, nümunələrindən daha çox danışa biləcəyik”.

Tarix
2023.01.13 / 09:00
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

Gürcüstan parlamentariləri Bakıya gəlir

İlham Əliyev Pakistan baş nazirinə təşəkkür etdi

İlham Əliyevdən Sisiyə: Buna görə təbrik edirik!

Bu subyektlərin maliyyə hesabatlarının forması barədə qərar

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla