Yuxarı

Ukrayna savaşını uzadan 4 səbəb – Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, Rusiyanın Ukrayna ərazilərini işğalı ilə başlayan müharibənin davam etməsi və dağıdıcı təsirlərini artırması riski hələ də çox yüksəkdir. Bunu ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Millinin NATO müdafiə nazirlərinin toplantısından sonrakı mətbuat konfransındakı sözləri də təsdiq edir.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna müharibəsinin gedişatı ilə bağlı QAFSAM sədri Araz Aslanlı qeyd edib.

Alim bildirib ki, müharibənin 2024-cü ilə keçməsi mütləq variant deyil:

“Tərəflərdən birinin (xüsusilə Rusiyanın) daxilində baş verə biləcək hansısa bir proses, yaxud Rusiyanın və Ukraynanı dəstəkləyən qüvvələrin (xüsusilə ABŞ-ın) xarici siyasətdə üzləşəcəyi daha ciddi problemlər danışıqlar masası variantını gücləndirə və müharibənin şiddətini azalda bilər”.

Araz Aslanlı hazırkı şərtlərdə aşağıdakı səbəblərə görə müharibənin uzanması ehtimalının daha çox olduğunu vurğulayıb:

“Birincisi, Rusiya işğal etdiyi Ukrayna ərazilərini uzunmüddətli strateji qazanc kimi görür; ikincisi, Ukrayna təbii olaraq işğaldakı torpaqlarını azad etmək istəyir; üçüncüsü, tərəflər hazırda dayanmağı verdikləri qurbanların ruhuna xəyanət kimi görürlər; dördüncüsü isə ABŞ müharibəni Rusiyanın enerjisini tükəndirən və Avropanı təzyiq altında saxlayaraq özünə ona yaxınlaşdıran amil hesab edir.

Ukrayna və Rusiya tarixən müharibələrin dayanması üçün vacib olan “tükənmişlik” və “bezmişlik” mərhələsinə hələ çatmayıblar”.

Tarix
2023.01.22 / 10:31
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla