Yuxarı

İsraildən Azərbaycana şok təklif: Anti-terror əməliyyatı...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az Azərbaycanın İrandakı səfirliyinə terror hücumu ilə bağlı israilli məşhur politoloq, beynəlxalq hüquq üzrə ekspert Mixail Finkel Globalinfo.az-a müsahibəsini təqdim edir:

– Səfirliyə edilən hücumdan sonra İran Xarici İşlər Nazirliyinin açıqlamasında və İran televiziyasının hadisəni törədən terrorçudan aldığı müsahibədə bununla bağlı “məişət hadisəsi” təəssüratı yaratmağa çalışılır. Terror aktından dərhal sonra isə hücumun erməni tərəfindən törədildiyi iddia olundu. Sizcə, İran hakimiyyəti bunu məqsədyönlü şəkildə təşkil edib?

– İran terrorçu rejimdir. Və dünyanın əksər sivil dövlətləri tərəfindən bu, belə qəbul olunur. O, bütün dünyanı əhatə edir. Hizbullah, İslam cihadı, Həmas, husilər kimi terrorçu təşkilatlar İrana tabedir. Onlar Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, İsrailə, Avropa ölkələrinə hücumlar təşkil edir. 1994-cü ildə Argentinada Yəhudi icma mərkəzinin partladılması nəticəsində 100 nəfər öldürülüb, yüzlərlə insan yaralanıb. Argentina kəşfiyyatının gəldiyi nəticəyə görə, bunun arxasında SEPAH və İran hakimiyyəti dayanır. Ona görə də mən indiki hadisəyə təəccüblənmirəm. Əlbəttə ki, bunun arxasında İran dayanır. Bu hansısa təsadüf nəticəsində baş verməyib. Onların dediyi bütün yalanların reallıqla heç bir bağlantısı yoxdur. Beynəlxalq hüquq görə, bir ölkənin səfirliyinə hücum müharibə elan edilməsinə bərabər hesab olunur.

– Bu terror aktı Azərbaycanın İsraildə səfirlik açmasına cavab ola bilərmi?

– Bu, Holokost günü baş verdi. Bu, Azərbaycan İsraildə səfirlik açmasını elan etdikdən sonra baş verdi. Şübhəsiz ki, bu, Azərbaycanı qorxutmaq və Azərbaycan-İsrail dostluğunu, əməkdaşlığını sarsıtmaq cəhdidir.

– Bu gün baş verən hadisə bütövlükdə region üçün hansı nəticələri doğuracaq?

– Düşünürəm ki, bu hadisənin nəticələri müxtəlif ola bilər. Çox güman ki, Azərbaycan və İran arasında isti müharibə olmayacaq. Amma diplomatik əlaqələrin kəsilməsi ehtimalı indi heç vaxt olmadığı qədər artıb.

– İsrail səfiri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdü. Təl-Əviv bu istiqamətdə Bakıya hansı dəstəyi verə bilər?

– İsrail qardaş Azərbaycan xalqına başsağlığı verir. Bizim səfir gəlib Prezidentin köməkçisi Hikmət Hacıyevlə danışdı. Biz həm kəşfiyyat məlumatı, həm texnologiya sahəsində kömək təklif edə bilərik, səfirliklərin mühafizəsi işində və belə insidentlərin olmasına imkan verməmək üçün təcrübəmizi bölüşə bilərik. Bizim kontr-terror əməliyyatı sahəsində zəngin təcrübəmiz var və bu təcrübəni sizlə bölüşə bilərik. Biz birlikdə güclüyük. Heç bir düşmən Azərbaycan və İsrail xalqları arasındakı dostluq, əməkdaşlıq və müttəfiqlik, qardaşlıq münasibətini korlaya bilməz.

Tarix
2023.01.27 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla