Yuxarı

Çaba Koroşi də terror hücumunu pislədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu BMT-nin 77-ci Baş Assambleyasının prezidenti Çaba Koroşi tərəfindən də pislənib.

Axar.az xəbər verir ki, terror aktı ilə əlaqədar Ç.Koroşinin adından yayılan bəyanatda Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən hücumun qınandığı bildirilib. Həmçinin səfirliyin həlak olmuş əməkdaşının ailəsinə və yaxınlarına başsağlığı ifadə olunub, yaralanan iki nəfərə isə tezliklə şəfa tapmaları arzulanıb.

Bəyanatda bu hücumun tezliklə araşdırılmasının vacibliyi də qeyd olunub.

Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Tarix
2023.01.28 / 01:47
Müəllif
Axar.az
Digər xəbərlər

Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi

NK-nın Milli Məclisdə hesabat vermə tarixi dəyişir

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla