Yuxarı

Təbriz Universitetində Bakıya dəstək aksiyası keçirildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbriz Universitetində Bakıya dəstək aksiyası keçirildi

Yanvarın 30-da Təbriz Universitetində Şimali Azərbaycana dəstək aksiyası keçirilib.

Axar.az xəbər verir ki, universitetin Hüquq fakültəsinin qarşısına toplaşan tələbələr əllərində dəstək və başsağlığı ifadə edən vərəqələr tutublar.

Tələbələr “El gücü, sel gücü”, “Vətən adına birlik yaraşır”, “Azərbaycan, başın sağ olsun” və başqa bu məzmunlu plakatlarla terror hücumu nəticəsində Azərbaycan səfirliyin əməkdaşının öldürülməsi və Xoy zəlzələsində həyatını itirənlərin xatirəsini anıblar.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib, daha iki nəfəri yaralayıb.

28-29 yanvar tarixlərində Xoyda baş verən iki ardıcıl güclü zəlzələ nəticəsində isə 3 nəfər həlak olub, 1200-ə yaxın azərbaycanlı yaralanıb.

Tarix
2023.01.31 / 13:56
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla