Yuxarı

İran buna görə Türkiyənin təklifini rədd etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xoyda hava yağıntılı və soyuq olmasına baxmayaraq, evləri qəzalı vəziyyətdə olan əhali küçədə qalmağa məcburdur. Təkrar yeraltı təkanlar olur, camaat uçuq evlərinə girməkdən ehtiyat edir. Hərə özünə daldalanmağa bir yer düzəldib, ailəsi ilə qalır. Hökumətdən çadır və sığınacaqlar gözləsək də, verilməyib.

Bu sözləri Axar.az-a Xoy şəhərində yaşayan mili fəal Sürgün Günəş deyib.

Vəziyyətin olduqca acınaqlı olduğunu deyən fəal başqa şəhərlərdən yardımlar gəldiyini, lakin yetərli olmadığını bildirib:

“Sakinlər şaxtalı havada çarəsiz durumda qalıb. Millət özü bu məsələni həll etməyə çalışır. Bəzi imkanlı şəxslər də kömək etməyə söz veriblər, görək, növbəti günlərdə vəziyyət necə olacaq. İsti yemək və ərzaq məhsulları ilə müəyyən qurumlar tərəfindən qismən təmin olunmuşuq, amma çox azdır. Milli fəalar və dinc əhali tərəfindən Xoyda mərkəzlər qurulub. İsti yemək bəzi məhəllələrə verilir. Ancaq hamıya çatmır. Azərbaycan milləti, həqiqətən, müsbət qarşılıq verdi. Hətta azərbaycanlı olmayan digər millətlərdən də yardım gəldi”.
O, uşaqlar və yaşlı insanların hadisədən daha çox təsirləndiyini bildirib:

“Xoyun Firurə kəndində 80 yaşlı ana və 55 yaşlı oğlu çadırda isinmək üçün kömür qalayıb və dəm qazından ölüblər. Belə hadislər də baş verir. İnsanlar isinmək üçün nəsə etməyə məcburdular, soyuğa dözə bilmirlər.

Başqa şəhərdəki qohum evlərinə gedənlər də çoxdur. Lakin bu müvəqqətidir. Öz mallarını və evlərini qorumaq üçün zəlzələ olan ərazidə qalmağa məcburdurlar”.

Məmurların göndərilən yardımlara mane olması məsələsinə toxunan Sürgün Günəş bildirib ki, təhlükəsizlik qüvvələri aldıqları əmrlər əsasında iş görürlər:

“Məmurlar yardım etmək məsələsində iki qismə bölünüb. Bəziləri Qızıl Ay adı ilə gəliblər, orada çalışırlar. Onlar kömək etmək istəyirlər. Bəziləri də təhlükəsizlik qüvvələridir. Nizam-intizam yaratmaq adı ilə buradadılar, lakin yardım gələndə müəyyən maneələr yaradırlar. Aldıqları əmrlər nədirsə, onun əsasında iş görürlər”.

Türkiyə və Azərbaycanın yardım təklifinə İranın imtina etməsini isə fəal belə izah edib:

“İran tərəfinin belə bir təklifi qəbul etmədiyi haqqında burada heç kim rəsmi açıqlama verməyib. Bununla bağlı heç nə demirlər. Burada ayrı-seçkilik məsələləri var. Güney Azərbaycanda gedən milli məsələyə görə İran hakimiyyəti ehtiyat edir”.

Tarix
2023.02.05 / 10:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İlham Əliyev Bakı Ekspo Mərkəzində...

Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...

Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək

Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır

Meksikada qadın namizəd güllələndi

İlham Əliyev Okay Məmişi qəbul etdi

Prezident Yaşar Güləri qəbul etdi - Foto

Kipr və Qvatemalada 3 Azərbaycan vətəndaşı həbs edildi

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla