Yuxarı

İrəvanda Qarabağ panikası...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda Qarabağ panikası...

Rusiya xarici işlər naziri Sergey Lavrovun noyabrın 9-da Ermənistana etdiyi səfərdən sonra bu ölkədə Qarabağa dair ciddi panika müşahidə olunmaqdadır.

Virtualaz.org xəbər verir ki, Lavrovun Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını nəzərdə tutan planı təqdim etmək üçün İrəvana səfər etdiyinə dair yayılan xəbərlərin ardınca Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın bu plana dair parlamentə izahat verəcəyi haqda məlumat yayılıb.

"Joqovurd" qəzetinin diplomatik mənbələrə istinadən yazdığına görə, bu məqsədlə parlamentin qapalı iclası çağırılacaq.

Qəzet yazır ki, Rusiyanın Ermənistanı əraziləri qaytarmağa inandırmaq səyləri deputatlar arasında narahatlıq yaradıb və onlar hökumətdən tələb ediblər ki, XİN rəhbəri parlamentə Lavrovun səfərinin məqsədi barədə izahat versin.

Bildirilir ki, bu məqsədlə parlamentdə qapalı dinləmələr keçiriləcək. Qəzetin yazdığına görə, hakim partiyadan deputatlar da qeyri-rəsmi söhbətlərdə Qarabağ nizamlanması çərçivəsində nələrin baş verdiyini bilmədiklərini deyirlər.

Bununla belə Rusiyanın Ermənistanı hansısa plana razı salmaq səyləri şübhə doğurmur.

Xatırladaq ki, Lavrovun ərazilərin qaytarılmasını nəzərdə tutan plan təqdim etdiyi haqda Ermənistan mətbuatı ilə yanaşı Rusiyanın nüfuzlu "Kommersant" qəzeti də yazıb.

Bildirilir ki, söhbət ətraf rayonların 5-nin qaytarılmasından, Laçın və ola bilsin Kəlbəcərdən Qarabağı Ermənistana birləşdirən iki dəhlizin ayrılmasından gedir.

Bu ajiotajla bağlı Rusiyanın Ermənistandakı səfirliyi bəyanatla çıxış edərək bildirib ki, Lavrovun səfəri zamanı Qarabağ münaqişəsinin nizamlanması kontekstində ərazi güzəşti müzakirə edilməyib.

Səfirlik bildirir ki, Lavrov nizamlanmanın indiki mərhələsini və Minsk Qrupu həmsədrlərinin səylərini müzakirə edib.

ABŞ-ın İrəvandakı səfiri Riçard Millz isə bildirib ki, Vaşinqton Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün baş tutacağına, təmas xəttində gərginliyin azaldılmasına yönələn addımların müzakirə ediləcəyinə ümid edir.

"Prezidentlərin ilin sonuna qədər görüşməyə razılıq verməsi çox müsbət hadisədir, biz gözləyirik ki, onlar həmsədrlərin yeni təkliflərinə açıq olacaqlar və onları müzakirə edəcəklər"- deyə səfir bildirib.

Lakin diplomat həmsədrlərin hansı təklifindən söhbət getdiyini dəqiqləşdirmədiyi üçün münaqişənin nizamlanması planının, yoxsa təmas xəttində insidentləri araşdırmaq mexanizminə dair təkliflərin nəzərdə tutulduğu aydın deyil.

Rəsmi Bakı isə Rusiyanın, yaxud həmsədrlərin münaqişəyə dair hansısa planının olduğunu təsdiqləmir.

Tarix
2015.11.12 / 16:06
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanın Azərbaycana sata biləcəyi məhsullar - Siyahı

Paşinyan Putinə elə təklif verdi ki, hər iki halda udur...

Saşanın anası danışdı: Atası Qarabağda döyüşüb - Video

Ermənistandan Azərbaycana təklif...

Putin buna görə Əliyevdən üzr istəyib - Zaxarova

Prezidentin təltif etdiyi alpinist qadın danışdı

Berdiməhəmmədov səfirimizi təltif etdi - Foto

Putin AZAL-ın təyyarəsi ilə bağlı öhdəlikləri niyə icra etmir?

Bakı və Moskvadan Kadırova qadağa: Tədbirə buraxılmadı

Paşinyan Əliyevə niyə daim təşəkkür etdiyini açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla