Yuxarı

"İŞİD 10 gündə elə teraktlar törətdi ki..."

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İŞİD 10 gündə elə teraktlar törətdi ki..."

Son baş verən terror olaylarının fonunda istənilən halda Ukrayna, Krım və eləcə də bir çox digər önəmli məsələlər arxa plana keçəcək.

Bu sözləri Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Politoloq hesab edir ki, İŞİD artıq çox böyük qlobal təhlükəyə çevrilib:

"İŞİD öz coğrafiyasını genişləndirərək Beyrutda terror aktı törətdi, Rusiya təyyarəsini partlatdı, sonrasında isə Parisdə partlayışlar təşkil etdi. Bütün bunlar hardasa 10 gün ərzində baş verdi və hər üçü də çox ciddi terror aktıdır. Belə bir şəraitdə istənilən halda Rusiyanın Ukrayna, Krım məsələsi arxa plana keçir. Yəni Paris hadisəsi Moskvaya imkan verəcək ki, bir müddət dünyanın diqqətini Ukrayna və Krımdan yayındırsın. Eyni zamanda, G20 sammitində də ən başlıca qlobal vəzifələrdən biri kimi hazırda terror və konkret İŞİD-lə mübarizə məsələsi qoyuldu. Çünki artıq İŞİD hər tərəfi hədəfə alıb".

Ekspert İŞİD-ə qarşı koalisiyada Azərbaycan sülhməramlılarının yer alması ilə bağlı hər hansı bir təklifin olma ehtimalını da dəyərləndirib:

"İŞİD-ə qarşı koalisiyada Azərbaycan sülhməramlılarından istifadə edilməsi məsələsi çox risklidir. Ona görə də Azərbaycanın belə bir təklifi qəbul edəcəyinə inanmıram".

Tarix
2015.11.19 / 00:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

Naxçıvan enerji üzrə regional mərkəzə çevrilir

Bakı və Kiyev daha da yaxınlaşır: Görünməmiş bir fəlakət...

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla