11:54
Hesablama Palatasının İctimai Televiziyada apardığı
yoxlamalar ciddi pozuntuları ortaya çıxarıb.
"Axar.az" "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən il
İTV-də həyata keçirilən rəhbər dəyişikliyi, İsmayıl Ömərovun baş
direktor vəzifəsindən uzaqlaşdırılması Hesblama Palatasının
telekanalda maliyyə yoxlamaları aparması ilə eyni vaxta təsadüf
edib. İsmayıl Ömərov TV-dən sakit şəkildə uzaqlaşdırılsa da, bir
neçə ay davam edən yoxlamalar nəticəsində onun haqqında onsuz da
formalaşmış mənfi rəyi daha da qətiləşdirib.
Belə ki, yoxlamalar nəticəsində Ömərovun İTV-nin büdcəsindən
xərclədiyi vəsaitlərin bir hissəsinə təyinat tapılmayıb. Ona görə
də, qurum İsmayıl Ömərovun 100 min manat məbləğində təyinatsız
xərclədiyi vəsaitin İTV-nin büdcəsinə qaytarması haqqında akt
tərtib edib. Bu pulun qaytarılması haqqında Ömərova rəsmi
xəbərdarlıq da təqdim edilib.
Ən maraqlısı isə İTV-nin təxminən 500 nəfərədək kollektinin
arasında İsmayıl Ömərovun ailə üzvlərinin, yaxın qohumlarının,
dostlarının, ən əsası isə həmyerlilərinin üstünlük təşkil etməsi
ilə bağlı maraqlı faktların ortaya çıxması olub.
Məlum olub ki, Ömərov təkcə İTV-nin London təmsilçisi təyin
etdiyi qızına və onun həyat yoldaşına (kürkəni də İTV-nin əməkdaşı
kimi çalışıb) ayda hərəsinə 2, 3 min manat məbləğində əmək haqqı
yazıb. Həmin şəxslərin bir qrupu hələ də İTV də çalışmaqdadırlar.
Digər pozuntular isə televiziyanın rəsmi təşkilatçısı olduğu
"Eurovizion" yarışması ilə bağlıdır.
***
12:24
İctimai Televiziya və Radio yayım Şirkətinin keçmiş
sədri İsmayıl Ömərov vaxtilə rəhbərlik etdiyi qurumdan maliyyə
yeyintisi barədə yayılan xəbərə münasibət bidlirib.
İ.Ömərov "AzNews.az"a açıqlamasında bildirib ki, haqqında
yayılan xəbər həqiqəti əks etdirmir.
O, Hesablama Palatasının İTV-də apardığı yoxlama zamanı onun
haqqında deyilən yeyinti faktının aşkarlanmasını təkzib edib və
deyib:
"Mən bunu bir sözlə ifadə etmək istəyirəm.
Yalançının...".